Ekstremizmdə şübhəli bilinən 3 nəfər saxlanıldı

5-05-2024, 15:58           
Ekstremizmdə şübhəli bilinən 3 nəfər saxlanıldı
Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin (MTK) əməkdaşları ekstremist fəaliyyətdə şübhəli bilinən üç ölkə vətəndaşını saxlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Belə ki, mayın 2-3-də Astana və Pavlodar şəhərlərində Milli Təhlükəsizlik Komitəsi Daxili İşlər Nazirliyi ilə əməkdaşlıq və prokurorluqla razılaşdırmaqla üç Qazaxıstan vətəndaşını saxlayıb.

Onlar terrorizmi təbliğ etməkdə və ölkə ərazisində qadağan olunmuş dini ekstremist təşkilatın fəaliyyətində iştirakda şübhəli bilinirlər.

Axtarışlar zamanı şübhəlilərdən dini ədəbiyyat və digər maddi sübutlar götürülüb.

Şübhəlilər əvvəllər adi və ekstremist cinayətlər törətməkdə təqsirli biliniblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru