Güney Azərbaycanda şəhər başçısı həbs edilib - FOTO

8-05-2024, 11:08           
Güney Azərbaycanda şəhər başçısı həbs edilib - FOTO
İranın Mərənd şəhərinin başçısı və bir neçə əməkdaşı həbs olunub.

Bu barədə “Azad İran” “Telegram” kanalı Mərənd şəhərinin prokuroru Yusif Ziyamehrin verdiyi xəbərə əsasən məlumat yayıb.

“Mərənd Bələdiyyəsinin yol verdiyi qanun pozuntuları ilə bağlı məsələ bir neçə ay ərzində təhlükəsizlik orqanlarının nəzarəti altında olub. Lazımi məhkəmə qərarları çıxarılaraq Mərənd şəhərinin başçısı, onun müavini və bir neçə bələdiyyə işçisi də daxil olmaqla, 10-dan çox vəzifəli şəxs rüşvət almaq və dövlət əmlakına ziyan vurmaqda ittiham olunublar”, - deyə prokuror əlavə edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru