ABŞ ordusu Qəzzaya humanitar yardımın çatdırılmasına yardım edəcək estakadanın tikintisini başa vurub

9-05-2024, 12:58           
ABŞ ordusu Qəzzaya humanitar yardımın çatdırılmasına yardım edəcək estakadanın tikintisini başa vurub
Pentaqon ABŞ ordusunun Qəzza zolağının sakinlərinə yardımın çatdırılmasına kömək edəcə estakadanın tikintisinin başa çatdırıldığını, lakin hava şəraitinin iki hissədən ibarət qurğunun yerində quraşdırılmasına mane olduğunu bildirib.

Hərbçilər 320 milyon dollardan çox məbləğə başa gəldiyi təxmin edilən estakadanın tikintisinə keçən ay başlayıb.

Estakada İsrailin HƏMAS-a qarşı 7 ayldır davam edən əməliyyatı nəticəsində viran qalan Qəzzaya son dərəcə ehtiyac duyulan humanitar yardımın tədarükünün artırılmasına yardım edəcək.

Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinqh jurnalistlərə "Bu gün [obyektin] iki hissəsi - üzən estakada və Trident estakadasının tikintisi başa çatıb və dənizdə son yerdəyişməni gözləyir" deyib.

"Bu gün [obyektin] komponentlərinin hərəkəti üçün əlverişsiz şərait yaradan güclü külək və yüksək dalğalar proqnozlaşdırılır. Buna görə də estakadanın hissələri və onun tikintisində iştirak edən hərbi gəmilər hələ də İsrailin Aşdod limanında gözləyir" - deyə, Sinqh bildirib.

ABŞ Mərkəzi Komandanlığı "estakadanı mümkün qədər tez yerinə yerləşdirməyə hazırdır" - deyə, o əlavə edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.