İslandiyada atmosferi təmizləmək üçün dünyanın ən böyük “tozsoran”ı işə salınıb - FOTO
9-05-2024, 15:34
İslandiyada nəhəng tozsoran kimi atmosferdən planeti istiləşdirən çirkləndiricilərdən təmizləmək üçün nəzərdə tutulmuş dünyanın ən böyük zavodu fəaliyyətə başlayıb.
“Mammont” adlanan qurğu İsveçrənin “Climeworks” şirkəti tərəfindən bu ölkədə istifadəyə verilmiş ikinci qurğudur. O, 2021-ci ildə açılan sələfi “Kasatka”dan 10 dəfə böyükdür.
“Mammont” birbaşa havanı tutma texnologiyasından istifadə edərək fəaliyyət göstərir. Qurğu atmosferi özünə çəkir və kimyəvi maddələrdən istifadə edərək oradan karbonu çıxarır. Nəticədə meydana gələn karbon torpağa buraxılacaq və burada təbii proseslər nəticəsində daşlara çevriləcək. Qurğu geotermal mənbələrdən əldə olunan enerji ilə işləyir.