Azərbaycanda baş verən dəhşətli hadisənin TƏFƏRRÜATI: Azyaşlının bədəni parça-parça olub - VİDEO

14-05-2024, 10:07           
Azərbaycanda baş verən dəhşətli hadisənin TƏFƏRRÜATI:
Paytaxtın Lökbatan qəsəbəsi, “Qobu park-2” yaşayış massivində mayın 11-i axşam saatlarında 11 yaşlı Zeynəb Süleymanova sahibsiz küçə itlərinin hücumuna məruz qalıb.
11 yaşlı qız ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Azyaşlının nənəsi bildirib ki, qonşuları son anda uşağı itdən xilas ediblər:
“İt əlindən hərəkət etməyə yer tapmırıq. Üç it uşağı elə günə qoyub ki, görsəniz, ağlayarsınız. Başını, qolunu, qolunun altı tərəfini yeyib, bədənində elə yer yoxdur ki, it dişləməsin”.
Kliniki Tibbi Mərkəzdən bildirilib ki, uşağın müalicələri stasionar şəraitdə davam etdirilir, ona zəruri tibbi xidmətlər göstərilib. Xəstəyə quduzluq əleyhinə peyvənd vurulub, vəziyyəti stabildir.
Daha ətraflı Baku TV-nin süjetində:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru