Ələsgər Məmmədlinin səhhəti pisləşib

14-05-2024, 08:49           
Ələsgər Məmmədlinin səhhəti pisləşib
Həbsdə olan Ələsgər Məmmədlinin səhhəti pisləşib. Bu barədə Turan-a onun qardaşı Nəsimi Məmmədli bildirib. Onun sözlərinə görə, qardaşının müalicəsi dayanıb: “Həkimin Ələsgərə yazdığı müalicə kursu bitib, yenisi isə başlamayıb. 10 gün əvvəl qardaşımın analizlərini alıblar, amma hələlik nəticələrini özünə deməyiblər deyə, yeni müalicə kursunu başlaya bilmir”.

O qeyd edib ki, analiz götürüləndə biopsiya müayinəsindən də keçiriləcəyi bildirilib: “Hətta bu analizi harada vermək istədiyini da soruşublar, amma hələlik heç bir nəticə yoxdur”.

*Ələsgər Məmmədli martın 8-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-cü maddəsilə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) ittiham irəli sürülüb. Onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Bundan əvvəl, martın 6-da “Toplum” TV və Demokratik Təşəbbüslər İnstitutunun daha 7 əməkdaşı saxlanılıb. Onlardan 5-nin barəsində həbs qətimkan tədbiri seçilib, daha ikisi polis nəzarətinə verilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru