Həbsdəki jurnalist Prezidentdən ƏFV DİLƏDİ - "Yalnız ölülər səhv etmir!"

14-05-2024, 13:08           
Həbsdəki jurnalist Prezidentdən ƏFV DİLƏDİ - "Yalnız ölülər səhv etmir!"
Müxtəlif KİV-lərdə çalışmış Sənan Abdullayev (Həsənoğlu) cəzaçəkmə müəssisəsindən redaksiyamıza zəng edərək onun həbsdən azad olunmasına kömək etməyimizi xahiş edib.
Belə ki, Sənan Abdullayev əməkdaşımızla telefon söhbəti zamanı cəzasının yarısını çəkdiyini və cəzasının qalan hissəsini çəkməkdən azad edilməsi üçün Azərbaycan Prezidentindən əfv olunmasını xahiş edib.

İnsanlıq və humanizim naminə onu deyə bilərik ki, həyatda heç kim səhvlərdən sığortalanmayıb. Yalnız ölülər səhv etmir! Bu fəlsəfəni rəhbər tutaraq köməksiz vəziyyətdə olan Sənan Abdullayevin əməlində günahsızlıq axtarmadan, düşünürük ki, onun əfv olunması üçün Azərbaycan Prezidentindən xahiş etmək üçün məqamdır.

Xatırladaq ki, Sənan Həsənoğlu (Abdullayev) xeyli müddət jurnalist fəailiyyəti ilə məşğul olub. Belə ki, o, 20 ilə yaxın müddətdə “AZTV”, “SPACE” və “ATV” televiziyalarında, həmçinin Qarabağ bölgəsində bölgə muxbiri vəzifəsində də çalışıb. 2016-cı ilin “Aprel döyüşləri” zamanı Sənan Həsənoğlunun fəaliyyəti hərbi komandanlıq tərəfindən fədakar jurnalist kimi qiymətləndirilib. 2021-ci ildə “Xəbər kanalı” adlı internet televiziyası yaradıb və s.

O, Goranboy Rayon İcra Hakimiyyəti Aparatında çalışan bəzi vəzifə sahiblərinin şikayəti əsasında həbs olunub. Artıq 3 ilə yaxındır həbsdədir.

Hesab edirik ki, yaxınlaşmaqda olan Milli Mətbuat günü ərəfəsində onun əfv olunması Allaha da xoş gedər. İnanırıq ki, cənab Prezident Sənan Abdullayevin azad edilməsinə qərar verər.

Reportyor.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.