Keyt Middletonun səhhəti ilə bağlı yeni təfərrüatlar açıqlandı

27-05-2024, 11:35           
Keyt Middletonun səhhəti ilə bağlı yeni təfərrüatlar açıqlandı
Şahzadə Keyt Middleton böyük ehtimalla ilin sonuna qədər ictimaiyyət qarşısına çıxmayacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Daily Beast" məlumat yayıb.

"Mənə dedilər ki, Keytin builki gündəliyi boşdur. Heç nə planlaşdırılmır. O, ilin sonuna qədər ictimaiyyət qarşısında görünməyə bilər", deyə kral ailəsinə yaxın mənbə bildirib.

Şahzadə Keytin dostu olduğu iddia edilən şəxs də jurnalistlərə bildirib ki, o, indi psixi sağlamlığına çox vaxt ayırır:

"Hazırda onun üçün əsas şey hər hansı bir stress və ya narahatlıqdan qaçmaq və sağalmağa davam etməkdir".

Qeyd edək ki, Keyt Middletona xərçəng diaqnozu qoulub. Martın 22-də şahzadə kimyaterapiya kursunun ilkin mərhələsinə başladığını açıqlayıb. Keyt bildirib ki, xərçəng qarın əməliyyatından sonra edilən testlər zamanı aşkarlanıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.