İsrail XİN qəzəbləndi: yas saxlamaq istəyirsinizsə, Türkiyəyə gedin
3-08-2024, 17:14
İranın paytaxtı Tehranda İsrail kəşfiyyatı tərəfindən məhv edildiyi iddia edilən Fələstin hərəkatının Siyasi Büro rəhbərinin xatirəsinə Türkiyədə bir günlük matəm elan edilib.
Türkiyənin İsraildəki səfirinin müavinini bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
İsrail XİN rəhbəri İsrael Kats bununl bağlı "X" sosail şəbəkəində paylaşım edib.
İsrail XİN rəhbəri buna səbəb kimi Təl-Əvivdəki Türkiyə diplomatik nümayəndəlik binasındakı dövlət bayrağınının HƏMAS-ın öldürülən lideri İsmayıl Haniyə üçün matəm əlaməti olaraq yarıya qədər endirilməsi olduğunu qeyd edib.
İranın paytaxtı Tehranda İsrail kəşfiyyatı tərəfindən məhv edildiyi iddia edilən Fələstin hərəkatının Siyasi Büro rəhbərinin xatirəsinə Türkiyədə bir günlük matəm elan edilib.
"Xarici İşlər Nazirliyinin rəsmilərinə göstəriş verdim ki, Türkiyənin İsraildəki səfirinin müavinini sərt töhmət üçün çağırsınlar" - XİN rəhbəri yazıb.
Kats əlavə edib ki, İsrail keçən il Fələstinin İsrailin cənubundakı ordu obyektlərinə və mülki yaşayış məntəqələrinə hücumunda iştirak etdiyini bildirmiş Haniyə üçün matəmə dözüm nümayiş etdirməyəcək.
"Əgər səfirlik nümayəndələri yas saxlamaq istəyirlərsə, o zaman Türkiyəyə gedib öz rəhbəri, Türkiyə Prezidenti Tayyib Ərdoğan ilə birlikdə yas tutmalıdırlar" - XİN rəhbəri yazıb.
İyulun 31-i səhər saatlarında Fələstinin HƏMAS hərəkatı hərəkatın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin İranın yeni prezidentinin andiçmə mərasimində iştirak etmək üçün gəldiyi Tehrandakı iqamətgahına İsrailin endirdiyi zərbə nəticəsində öldüyünü elan edib.
Hərəkat Haniyənin ölümündə İsraillə ABŞ-ı günahlandırıb və hücumun cavabsız qalmayacağını bəyan edib. Pentaqonun rəhbəri Lloyd Ostin deyib ki, HƏMAS Siyasi Büro rəhbərinin ölümü və İsrailin bu işə qarışması ilə bağlı deyəcək heç nə yoxdur. İsrail ordusunun nümayəndələri də öz növbəsində Haniyənin öldürülməsi ilə bağlı mediada yayılan xəbərlərə cavab vermədiklərini qeyd ediblər. "The Jerusalem Post" yazıb ki, İsrail hakimiyyəti nazirlərə HƏMAS liderinin öldürülməsi barədə danışmamağı tapşırıb.
Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Boqdanov Haniyənin ölümünü tamamilə qəbuledilməz siyasi qətl adlandırıb.