RUSİYA ORDUSU KURSKDA MÜHASİRƏYƏ DÜŞÜB - Ukrayna əraziyə hərbi texnika daşıyır (Yenilənib)

9-08-2024, 08:44           
RUSİYA ORDUSU KURSKDA MÜHASİRƏYƏ DÜŞÜB -
Ukrayna hərbçiləri Kursk AES-dən cəmi 30 kilometr məsafədədir.

“AzPolitika” xəbər verir ki, bunu Rusiyanın tanınmış hərbi müxbiri Yuri Kotenok yazıb.

Kotenok qeyd edib ki, stansiyanın ələ keçirilməsi təhlükəsi artır: “Vəziyyət həyəcanlıdır. Düşmən Kursk AES-dən 30 km aralıdadır. Düşmən Kursk yaxınlığında Kurçatov istiqamətinə keçmək cəhdlərindən əl çəkmir. Düşmənin diversiya dəstələri hazırda Kursk Atom Elektrik Stansiyasının yerləşdiyi şəhərdən təxminən 30 km aralıda yerləşir. Hazırda onun strateji obyekti ələ keçirməsi təhlükəsindən danışmaq tezdir. Bununla belə, vəziyyət narahatedicidir”.

***

Ukrayna ordusu Kursk vilayətində ona müqavimət göstərməyə çalışan Rusiya hərbi birləşmələrini mühasirəyə alıb.

“AzPolitika” xəbər verir ki, Rusiya mənbələrinin məlumatına görə, Rusiya Ordusunun iki batalyonu Ukrayna qüvvələri tərəfindən mühasirəyə alınıb.

Rusların Sudja rayonunun şərq hissəsində sıxışdırıldığı iddia edilir. “Z-kanallar”ının məlumatına görə, 488-ci alayın 17-ci batalyonu və 102-ci briqadanın 31-ci batalyonu mühasirəyə alınıb.

Daxil olan məlumata görə, Rusiya Silahlı Qüvvələrinin komandanlığı vəziyyətdən xəbərdardır, lakin hələlik heç nə etmir. “Z-kanal”lardan biri yazıb: “Biz təcili olaraq qərar qəbul etməliyik, əsgərlərimizin mühasirəsini yarmağa çalışmalıyıq və ya onlara kiçik qruplarla geri çəkilmə əmri verməliyik. Əks halda, dünən sərhədçilərimizlə olduğu kimi, ən yaxşı halda döyüşçülərimiz əsir düşəcək. Ən pisi haqqında düşünmək belə istəmirəm”.

Xatırladaq ki, bir gün əvvəl Ukraynada Rusiya sərhədçiləri və çağırışçılarının böyük bir qrupunun əsir götürüldüyü barədə məlumat yayılmışdı.Hərbi müxbir Yuri Kotyonok öz “teleqram” kanalında qeyd edir ki, Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri Kursk vilayətində istehkamlar qurmağa başlayıblar. Rusiya Müdafiə Nazirliyi bu məlumatları şərh etməyib.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin zirehli texnikasının Rusiya ərazisinə daşınması davam edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.