Dövlət Gömrük Komitəsi “Veysəloğlu”ya cərimə yazdı – MƏHKƏMƏ ARAŞDIRIR

26-09-2024, 07:04           
Dövlət Gömrük Komitəsi “Veysəloğlu”ya cərimə yazdı –
Nizami Rayon Məhkəməsində “Veysəloğlu” MMC barəsində tətbiq edilən protokol araşdırılır.

Dövlət Gömrük Komitəsi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib. Hazırda məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılır.

Xatırladaq ki, gömrük qaydaları əleyhinə olan inzibati xətaya görə vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər 1500 manat məbləğində cərimə edilir.

Qeyd edək ki, “Veysəloğlu” “Araz” supermarketlər şəbəkəsi, “OBA” marketlər şəbəkəsi və daha bir neçə şirkəti özündə birləşdirən şirkətlər qrupudur. “Veysəloğlu” MMC-nin sahibi Aydın Talıbovdur. /Pravda.az/












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.