Alman həmkarlar ittifaqı “Volkswagen”ə işçiləri ixtisar etməməsi barədə xəbərdarlıq etdi

26-09-2024, 12:08           
Alman həmkarlar ittifaqı “Volkswagen”ə işçiləri ixtisar etməməsi barədə xəbərdarlıq etdi
Alman avtomobil istehsalçısı “Volkswagen” bu ayın əvvəlində qənaət və xərclərin azaldılması tədbirlərinin bir hissəsi olaraq tarixində ilk dəfə olaraq Almaniyadakı fabriklərini bağlayacağını və 30 illik məşğulluğun müdafiəsi müqaviləsini 5 il erkən ləğv edəcəyini açıqladı.

İndex.az xəbər verir ki, şirkət buna səbəb kimi Avropada yüksək enerji və əmək xərclərinin rəqabət qabiliyyətini azaltmasını və satışları azaltmasını göstərib.

“Volkswagen” və Almaniyanın ən böyük birliyi “IG Metall” arasında ölkədəki fabriklərin bağlanması planı da daxil olmaqla kollektiv müqavilə danışıqları bu gün Hannoverdə başlayıb.

“IG Metall” 2030-cu ildən sonra iş təhlükəsizliyi tələbi ilə “Volkswagen”in planlarına qarşı çıxır. Həmkarlar ittifaqı həmçinin “Volkswagen” rəhbərliyinə işçiləri ixtisar etməklə tarixi səhvə yol verməmək barədə xəbərdarlıq edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru