Generalın sənətçi qızının sürücülük hüququ məhdudlaşdırıla bilər - DETALLAR

4-10-2024, 00:04           
Generalın sənətçi qızının sürücülük hüququ məhdudlaşdırıla bilər - DETALLAR
Fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağı-zadənin qızı Səidə Tağı-zadə inzibati məsuliyyətə cəlb olunub.

Qaynarinfo-nun məlumatına görə, Səidə Tağı-zadə barəsində İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati protokol tərtib edilib.

İş baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib. Fuad Axundov iş üzrə hakim təyin edilib.

529.3-cü maddə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud İnzibati Xətalar Məcəlləsinin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiqetmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi ilə bağlıdır.

Aydın olur ki, Səidə-Tağı-zadə bundan əvvəl də inzibati məsuliyyətə cəlb edilib. Lakin inzibati tənbeh tətbiqetmə barədə qərarı icra etməyib. Bu baxımdan, onun barəsində yenidən inzibati protokol tərtib edilib.

529.3-cü maddəyə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır.

Qeyd edək ki, Səidə Tağıza-də tanınmış pianoçudur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru