Bu meyvə yaddaş və öyrənmə qabiliyyətini gücləndirir

7-10-2024, 11:58           
Bu meyvə yaddaş və öyrənmə qabiliyyətini gücləndirir
Nar beyin sağlamlığı üçün çox faydalıdır. Onun tərkibindəki antioksidantlar və polifenollar beyini oksidləşdirici stresdən qoruyur. Bu maddələr hüceyrələrin zədələnməsini azaldaraq yaşlanma prosesini ləngidə və nevroloji xəstəliklərin riskini azalda bilər. Foodinfo.az xəbər verir ki, nardakı polifenollar beyin hüceyrələri arasında əlaqəni yaxşılaşdıraraq yaddaş və öyrənmə qabiliyyətini gücləndirir. Araşdırmalar göstərir ki, nar suyu Alzheimer xəstəliyinin yaranma ehtimalını azalda, beynin ümumi fəaliyyətini dəstəkləyə bilir. Bundan əlavə, narın iltihab əleyhinə təsiri qan dövranını yaxşılaşdırır və beyinə daha çox oksigenin daşınmasına kömək edir, bu da konsentrasiyanı və zehni aydınlığı artırır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru