Ukraynalı haker Avropa, ABŞ və Kanada şirkətlərinin milyonlarını oğurlayıb

12-10-2024, 09:34           
Ukraynalı haker Avropa, ABŞ və Kanada şirkətlərinin milyonlarını oğurlayıb
Ukraynada haker Avropa, ABŞ və Kanadadan olan şirkətlərə 73 milyon dollar dəyərində ziyan vurub.

RIA Novosti xəbər verir ki, beynəlxalq haker qrupunun üzvü olan gənc Ukraynada məhkəmə qarşısına çıxarılacaq.

Hüquq-mühafizə orqanları müəyyənləşdirib ki, haker Fransa, Almaniya, ABŞ, Norveç, Niderland və Kanadada yerləşən sənaye müəssisələrinə hücum edən qrupun tərkibində fəaliyyət göstərib.

Cinayətkarlar işçilərin hesablarını sındırmaq üçün şifrələyici viruslardan istifadə ediblər. Onlar məlumatları oğurlayıb və sistemləri şifrələyiblər, sonra isə sistemlərin bərpası üçün kriptovalyutada pul tələb ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru