“Tesla” insanabənzər robotları təqdim edib: “Sizin dostunuz ola bilər”

Bu gün, 09:17           
“Tesla” insanabənzər robotları təqdim edib:
“Tarixin ən iddialı məhsulunun” qiymətinin 20 min dollardan 30 min dollara qədər olacağı gözlənilir

Amerikalı milyarder İlon Mask öz şirkəti “Tesla” tərəfindən hazırlanmış insanabənzər “Optimus” robotlarını təqdim edib.

“O, müəllim ola bilər, uşaqlarınıza baxa bilər, itinizi gəzdirə, çəməninizi biçə bilər, mağazadan alış-veriş edə bilər. Yaxud da, sadəcə sizin dostunuz ola bilər. O, təsəvvür edə bilməyəcəyiniz hər şeyi edə bilər”, deyə Mask təqdimatda söyləyib.

AYNA xəbər verir ki, təqdimat mərasimi “Tesla”nın “X” səhifəsində yayımlanıb.

Milyarder qeyd edib ki, “tarixin ən iddialı məhsulunun” qiymətinin 20 min dollardan 30 min dollara qədər olacağı gözlənilir və “hər kəs bu məbləği ödəyə biləcək”.

Tədbir zamanı Mask həmçinin “Cybercab” robot taksisini təqdim edib. Onun sözlərinə görə, hazırda ən azı 50 tam avtonom elektrik avtomobili var ki, onlar hətta sürücü üçün idarəetmə mexanizmləri ilə təchiz olunmayıb. Çünki sərnişinlərin daşınmasının tam avtonom şəkildə həyata keçiriləcəyi ehtimal edilir.

Müəllif: Ayna.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.