Harrisin həkimi onun səhhətinin seçki ərəfəsində əla olduğunu deyir

Bu gün, 08:08           
Harrisin həkimi onun səhhətinin seçki ərəfəsində əla olduğunu deyir
ABŞ-ın vitse-prezidenti və ölkənin ən yüksək vəzifəsinə namizəd olan Kamala Harrisin həkimi Coşua Simmons seçkilərə bir ay qalmış onun səhhətinin əla olduğunu və dövlət başçısı vəzifələrini yerinə yetirə biləcəyini təsdiqləyib.
Bizimyol.info xəbər verir ki, bu barədə dərc olunmuş tibbi hesabatda deyilir.

“Vitse-prezident Harrisin səhhəti əla vəziyyətdədir. O, prezidentin tapşırıqlarını yerinə yetirmək üçün lazım olan fiziki və mənəvi dözümə malikdir”, - deyə sənəddə qeyd olunub.

Simmons qeyd edib ki, Harrisin 2024-cü ilin aprelində keçirilən son tam tibbi müayinəsi heç bir anormallıq aşkar etməyib və bütün əsas sağlamlıq göstəriciləri normaldır. O vurğuladı ki, siyasətçi “məşğul iş qrafikinə baxmayaraq, sağlam, aktiv həyat tərzinə” riayət edir, həmçinin “çox sağlam pəhriz”ə əməl edir, nadir hallarda spirtli içki qəbul edir və siqaret çəkmir.

Həkim bildirib ki, siyasətçi son 3 il ərzində allergenə xas immunoterapiyadan keçib və bu, ona mövsümi allergiya əlamətlərini aradan qaldırmağa imkan verib.

59 yaşlı Harris ilk dəfə səhhəti ilə bağlı məlumat dərc edib. Bundan əvvəl Amerika mediası qeyd edib ki, Ağ Evdə mütəmadi olaraq tibbi müayinədən keçən vitse-prezident heç vaxt tibbi hesabatını ictimaiyyətə açıqlamayıb.

ABŞ-da ümumi seçkilər noyabrın 5-də keçiriləcək. Respublikaçı Donald Tramp və Demokrat Harris prezidentlik uğrunda mübarizə aparacaqlar. Tramp Amerikanın 45-ci prezidenti olub və 2017-2021-ci illərdə bu vəzifəni icra edib. O, 2020-ci il seçkilərində Demokratlar Partiyasından olan hazırkı prezident Baydenə uduzub və indi yenidən Ağ Evə qayıtmağa çalışır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.