Qroznıda Müslüm Maqomayevin xatirəsinə həsr edilmiş festival-müsabiqə keçiriləcək

15-10-2024, 11:26           
Qroznıda Müslüm Maqomayevin xatirəsinə həsr edilmiş festival-müsabiqə keçiriləcək
Noyabrın 13-dən 16-dək Qroznıda SSRİ Xalq artisti Müslüm Maqomayevin xatirəsinə həsr edilmiş beynəlxalq festival-müsabiqə keçiriləcək.

TASS xəbər verir ki, Çeçenistan Dövlət Filarmoniyasının mətbuat xidmətindən yayılan məlumata görə, burada xarici ölkələrdən və Rusiyanın regionlarından vokalçılar iştirak edəcəklər.

"Orfey" festival-müsabiqəsi hər il keçirilən tədbirə çevrilib. Yeddinci "Orfey" yenidən Çeçenistan Dövlət Filarmoniyasında keçiriləcək", - deyə mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, müsabiqə "Mədəniyyət" milli layihəsi çərçivəsində keçirilir. Bu il onun ümumi mükafat fondu 670 min rubl (təxminən 12 min manat) təşkil edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru