İlon Mask sevgilisini dronla izləyirmiş

Bu gün, 12:04           
İlon Mask sevgilisini dronla izləyirmiş
Texnologiya milyarderi İlon Mask 2017-ci ildə sevgilisi Amber Heardın bir futbolçu ilə onu aldatdığından şübhələnərək dronla izləyən casuslara onu izlətdirmişdi.

“X” (Twitter), “Tesla” və “SpaceX” şirkətlərinin sahibi amerikalı milyarder İlon Maskın texnologiyanın nemətlərindən şəxsi həyatında qanunsuz bir şəkildə faydalandığı iddia edilib.

İngilis “Daily Mail” qəzetinə görə, İlon Mask eşq yaşadığı amerikalı aktrisa Amber Heardı dedektivlərə izlətdiribmiş.

İlon Maskın sevgilisindən şübhələndiyi həmin vaxt “Aquaman” filminin çəkilişləri səbəbi ilə Avstraliyada olan Amber Heardın qaldığı evi avstraliyalı bir futbolçunun gecələri ziyarət etdiyi dedi-qodusu yayılmışdır.

İddiaya görə, Mask sevgilisini izlətməsi üçün aldatma üzrə ixtisaslaşmış məşhur avstraliya detektiv firmasına 100 midən çox pul ödəyib. Bundan sonra detektivlər paparassilər kimi davranaraq infraqırmızı kameralar və dronla Amber Heardı izləyiblər.

Məşhur sevgililər birillik münasibətlərini 2018 ci ildə bitiriblər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.