Günəş 11 illik tsiklində maksimum günəş fazasına daxil olub - NASA
17-10-2024, 09:14
ABŞ Milli Okean və Atmosfer Administrasiyası (NOAA) və ABŞ Aeronavtika və Kosmos Agentliyi (NASA) Günəşin 11 illik günəş tsiklində maqnit qütblərinin dəyişdiyi “Günəş maksimumu” mərhələsinə çatdığını açıqlanıb.
Redaktor.az xəbər verir ki, NASA-nın internet saytından verilən məlumata görə, NOAA, NASA və beynəlxalq Günəş Dövrünün Proqnoz Paneli tərəfindən təşkil edilən telekonfransda Günəşin “günəş maksimumu” mərhələsinə çatdığı bildirilib.
NASA Kosmik Hava Proqramının direktoru Jamie Favors, təxminən bir il davam edəcəyi təxmin edilən fazada Günəşdə ləkələrin əmələ gəlməsi kimi müxtəlif fəaliyyətlərdə artımın olacağının proqnozlaşdırıldığını və bu artımın yeni Ulduz üzərində araşdırma imkanları və eyni zamanda Yer və Günəş sistemi üzərində araşdırmalar üçün yeni imkanlar yaradacağını qeyd edib.