Milyarder Osloda bahalı şam yeməyinə getməkdən imtina etdi

18-10-2024, 15:34           
Milyarder Osloda bahalı şam yeməyinə getməkdən imtina etdi
Amerikalı sahibkar və X sosial şəbəkəsinin sahibi İlon Mask Norveçin "Norges Bank Investment Management" neft fondunun rəhbəri Nikolay Tangenlə şam yeməyinə gəlməkdən imtina edib, çünki Osloya getmək ona çox baha başa gələcəkdi.

Bu barədə Norveçin "E24" qəzeti yazıb.

Nəşr Tangen və Mask arasında yazışmalar əldə edib. Norveçli amerikalını əvvəlcədən 28 aprel 2025-ci il tarixinə planlaşdırılan Osloda işgüzar şam yeməyinə dəvət edib. Burada "Ferrari", "Novo Nordisk", "Nestle", "DoorDash", "Adidas" və digər şirkətlərin rəhbərləri iştirak edəcək.

Mask əvvəlcə dəvəti qəbul edib, lakin sonradan onun qonaqlar siyahısında olmayacağı məlum olub.

Neft Fondunun kommunikasiyalar üzrə direktoru Marte Skor qəzetə deyib: "O, iştirak etməyin onun üçün çətin və bahalı olacağını bildirdi".

Nəşr xatırladıb ki, yayda Tangenlə Mask arasında münasibətlər pisləşib. \\Redaktor.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru