Rusiyalı pilotlar Moskva səmasında UNO aşkar ediblər

19-10-2024, 12:58           
Rusiyalı pilotlar Moskva səmasında UNO aşkar ediblər
Rusiya aviaşirkətinə məxsus təyyarənin pilotları Moskva üzərində uçan naməlum obyekt (UNO) görüblər.

Bu barədə "Aviaincident" teleqram kanalı məlumat yayıb.

17 oktyabrda "Airbus A320" təyyarəsi Moskvanın "Şeremetyevo" hava limanından Minskə uçuş həyata keçirib. Təyyarə təxminən səkkiz min metr hündürlükdə olarkən pilotlar havada naməlum bir obyekt müşahidə ediblər.

Onlar bu obyektin günbəzə və ya qanada bənzədiyini, ön tərəfində isə sarı-qırmızı zolaqların olduğunu qeyd ediblər. Məlumata görə, obyekt təyyarənin uçuş hündürlüyündən aşağıda olub və uçuşun gedişinə heç bir təsir göstərməyib.

Avqust ayında başqa bir təyyarənin pilotları kabinədən bir neçə naməlum uçan obyekt görmüş və onları videoya çəkmişdilər. Videoda təyyarənin sağ tərəfində havada parlayan işıqlar görünürdü.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru