İran xüsusi xidmət orqanları (o cümlədən kəşfiyyatı) İsraildən əsla geri qalmır

22-10-2024, 12:34           
İran xüsusi xidmət orqanları (o cümlədən kəşfiyyatı) İsraildən əsla geri qalmır
Azərbaycan əsilli yeddi İsrail vətəndaşı İranın xeyrinə casusluqda şübhəli bilinir. Bu barədə bu gün ŞABAK (İsrailin əks-kəşfiyyat idarəsi) və İsrail polisi birgə bəyanat verərək, cinayət fəaliyyətinin təxminən iki il davam etdiyini vurğulayıblar. Bu müddətdə həmin şəxslər 600 tapşırıq yerinə yetirib və böyük məbləğdə pul alıblar. Şübhəli şəxslər hərbi bazaların, o cümlədən İranın 1 oktyabr hücumu zamanı hədəfə alınan bazaların fotoşəkillərini də çəkiblər.
Yeddi nəfərdən ikisi yetkinlik yaşına çatmayıb. Beş nəfərin adları: Əziz Nisanov, Aleksandr Sadıkov, İqal Nisan, Vyaçeslav Quşşin və Yevgeni Yoffe. Adlarından güman etmək olar ki, onların üçü (ən azı ikisi) dağ yəhudiləri, ikisi Avropa yəhudiləridir.
Bəyanatda göstərilir ki, yaxın günlərdə şübhəli şəxslərə ittiham elan olunacaq. Onların hamısı İsrailin şimalında: Hayfa və başqa məntəqələrdə yaşayırlar.
Bu bir daha onu göstərir ki, İran xüsusi xidmət orqanları (o cümlədən kəşfiyyatı) İsraildən əsla geri qalmır.
Fuad Ağayev
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.