Qulinin "tac"landırmadığı "qanuni oğru" özünü binadan atdı - KİV
Bu gün, 16:53
İspaniyada kriminal dairələrdə “Sandrik” kimi tanınan 40 yaşlı gürcü “qanuni oğru” Sandro Kurasbediani yerli polisdən qaçarkən 4-cü mərtəbədən atılaraq ayaqlarını sındırıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, avtoritet asfalta rahat düşüb hüquq-mühafizə orqanlarının əməkdaşlarından gizlənəcəyini gözləsə də, əksini düşünməyib. O, hazırda həbsxananın müalicə müəssisəsində yatır və həbsdədir.
Onu ölkədən deportasiya gözləyir. Məlumata görə, avtoritet “qanuni oğru” Vaja Biqanişvilinin (Vaja Tbilisski) sağ əlidir.
2020-ci ildə Beynəlxalq Cinayət Təşkilatlarının Təqibi Departamentinin və Attika Təhlükəsizlik Xidmətinin Mütəşəkkil Cinayətkarlıqla və İnsan Alverinə Qarşı Mübarizə Departamentinin polis əməkdaşları Sandriki Afinada saxlayıblar. Yunan mətbuatı onu Avropadakı rus mafiyasının liderlərindən biri adlandırıb.
Sandrik İspaniya hakimiyyəti tərəfindən cinayət təşkilatının yaradılması, qanunsuz silah saxlama, saxtakarlıq, fırıldaqçılıq və çirkli pulların yuyulması ilə bağlı cinayətlərə görə axtarışda idi.
Qeyd edək ki, 2020-ci ildə mərhum azərbaycanlı "qanuni oğru" Lotu Quli İstanbulda "sxodka" keçirib. Bu toplantıda irəli sürülən təkliflərdən biri Sandrikin "tac"ının tanınması olub. Lakin həmin vaxt Sandrik İtaliyada döyülməsinin cavabını hələ də vermədiyi üçün onun "tac"ı tanınmayıb.