Almaniya kansleri Bakıya gəlir - ilk dəfə

6-11-2024, 08:28           
Almaniya kansleri Bakıya gəlir - ilk dəfə
Almaniya kansleri Olaf Şolts Azərbaycana səfər edəcək.

Modern.az "Euronews" nəşrinə istinadən xəbər verir ki, o, Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-da iştirak edəcək.

Səfərin gələn həftə baş tutacağı qeyd olunur. Bu, Şoltsun kansler seçilməsindən sonra Bakıya ilk səfəri olacaq.

Xatırladaq ki, artıq 100-dən çox dövlət və hökumət başçısı Azərbaycanda keçiriləcək tədbirdə iştirak edəcəklərini təsdiqləyib.

Qeyd edək ki, COP-29 konfransı noyabrın 11-22-də, liderlər sammiti isə noyabrın 11-13-də keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru