Çeçenistanda övladlarına qəhrəmanların adını qoyan ailələrə yarım milyon rubl ödəniləcək

14-01-2025, 12:14           
Çeçenistanda övladlarına qəhrəmanların adını qoyan ailələrə yarım milyon rubl ödəniləcək
Övladlarına Çeçenistan qəhrəmanlarının adını qoyan ailələrə 500 min rubl ödəniləcək.

Demokrat.az xəbər verir ki, Çeçenistan hakimiyyəti Yeni il ərəfəsində uşaqlarına region qəhrəmanlarının şərəfinə ad qoyan ailələrə yarım milyon rubl ödəmək niyyətindədir.

Bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov Telegram kanalında məlumat verib.

Yeni il ərəfəsində Çeçenistanda 180 oğlan uşağı dünyaya gəlib və onların hamısı respublikanın qəhrəmanları adını alıblar. Rayon rəhbəri qeyd edib ki, ödənişlər Çeçenistan Səhiyyə Nazirliyinin xətti ilə onların valideynlərinə köçürüləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru