Məhkəmə şirkətin pulunu mənimsəyən satış nümayəndəsi ilə bağlı hökm çıxardı
Bu gün, 10:55
İsmayıllı Rayon Məhkəməsində mənimsəmədə təqsirləndirilən Osman Cabbarovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlqar Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə ona 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.
İttihama görə, Osman Cabbarov 02 avqust 2022-ci il tarixdən 19 mart 2024-cü il tarixədək olan müddət ərzində MMC-lərin birində satış nümayəndəsi vəzifəsində çalışıb. O, İsmayıllı və ətraf rayonlarda dəyəri 11624,77 manat təşkil edən “ACE” adlı müxtəlif çeşidli yuyucu vasitələrini sataraq pulunu mənimsəyib.
İstintaq dövründə onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. O, dəymiş zərərdən yalnız 6000 manatı geri qaytarıb.