Rusiya hərbçiləri Qazaxla sərhəddə quraşdırdıqları kazarmaları sökürlər

21-01-2025, 11:14           
Rusiya hərbçiləri Qazaxla sərhəddə quraşdırdıqları kazarmaları sökürlər
Rusiya ordusunun bölmələri Ermənistanın Azərbaycanla sərhəddində yerləşən Voskepar kəndindəki modul kazarmaları sökməyə başlayıblar.

Bu barədə ermənistanlı jurnalist Voskan Sarkisyan məlumat verib.

"Artıq 4-5 gündür ki, yük maşınları Voskepar kəndinin inzibati ərazisində dövlətlərarası avtomobil yolunun kənarında dayanır. Onlar modul kazarmaları sökərək başqa yerə daşıyırlar. Voskepar sakinləri kazarma hissələrinin hara aparıldığını bilmirlər. Bəziləri onların Ararata, bəziləri isə Rusiyaya aparıldıqlarını düşünürlər", - deyə jurnalist qeyd edib.

Xəbərdə həmçinin qeyd olunur ki, Rusiya hərbçiləri Azərbaycanla sərhəddə yerləşən Voskepara 2021-ci il avqustun əvvəlində gəliblər. Əvvəlcə hərbçilər kəndin kənarındakı tərk edilmiş evlərdən birində yaşayıblar, bir müddət sonra isə onlar üçün modul kazarmalar quraşdırılıb. Ehtimal edilirdi ki, Rusiya hərbçiləri Azərbaycanla sərhədin bu hissəsində demarkasiya prosesində iştirak etməli idilər, lakin bu, baş vermədi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru