Boeing Airbus-a qarşı nadir qələbə qazanıb

Bu gün, 10:44           
Boeing Airbus-a qarşı nadir qələbə qazanıb
2025-ci ilin ötən dövrü ərzində "Boeing" şirkəti 89 kommersiya təyyarəsi tədarük edib. Onun əsas rəqibi sayılan Avropanın "Airbus" şirkətinin tədarük etdiyi təyyarələrin sayı isə 65 olub.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb.

Məqalədə qeyd olunur ki, son onillik ərzində "Airbus" bu rəqabətdə demək olar ki, daim üstün olub. Üstəlik, "Boeing" hələ də 2024-cü ildə istehsalın bir neçə ay dayandırılmasına səbəb olan tətildən sonra bərpa prosesini davam etdirir. Bununla belə, şirkət onilliyin əvvəlindən yığılıb qalan hazır təyyarə ehtiyatlarını azaltmağa nail olub.

Öz növbəsində, "Airbus" istehsal prosesini sürətləndirəcəyini vəd edib.

Nəşr xatırladır ki, "Boeing" şirkəti ardıcıl altı il zərər etməsindən sonra maliyyə vəziyyətinin sabitləşdirilməsi üçün həlledici uğura nail olmalıdır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.