Microsoft oyunlarının qiymətini qaldıracaq - SİYAHI

2-05-2025, 09:18           
Microsoft oyunlarının qiymətini qaldıracaq - SİYAHI
"Microsoft" şirkəti dünya üzrə "Xbox Series S" və "X" konsollarının, simsiz kontrollerlərin və yeni oyunların qiymətlərini artıracağını açıqlayıb.
Bu barədə "The Verge" nəşrinin məlumat yayıb.

Konsol və avadanlıqlara dair yeni qiymətlər bu gündən qüvvəyə minib, oyunlara dair dəyişikliklər isə ilin sonuna yaxın tətbiq olunacaq.

Yeni qiymətlərə əsasən:

Xbox Series S (512 GB) - əvvəlki 300 dollar əvəzinə 380 dollar (80 dollarlıq artım),

Xbox Series X (1 TB) - 500 dollardan 600 dollara (100 dollarlıq artım),

Xbox Series S (1 TB) - 430 dollar,

Xbox Series X Digital Edition - 550 dollar,

Galaxy Black rəngində Xbox Series X (2 TB) - 730 dollar olacaq.

Bundan əlavə, simsiz kontrollerlərin və qulaqcıqların qiymətləri də artırılır:

Baza kontroller — 65 dollar,

Simsiz qulaqcıq — 120 dollar.

Microsoft-un bu addımı Nintendo-nun "Switch 2" üçün tətbiq etdiyi yüksək qiymət siyasətinə uyğunlaşdırılıb.

Şirkətin bəzi daxili studiyalarında hazırlanacaq yeni oyunların qiyməti isə 80 dollara qədər yüksələcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru