"WhatsApp" mesajlarının qorunmasının yaratdığı fəsad aşkarlanıb

10-05-2025, 16:34           
"WhatsApp" mesajlarının qorunmasının yaratdığı fəsad aşkarlanıb
"WhatsApp" messencerində və "Meta" şirkətinin digər məhsullarında mesajların məxfiliyinin qorunması məqsədilə şifrələnməsi itkin düşən və ya problemlərlə üzləşən uşaqlar barədə siqnallar almaq imkanını azaldıb.

NBC telekanalı xəbər verir ki, bu barədə ABŞ-nin Uşaqların İstismarı ilə Mübarizə Təşkilatı məlumat yayıb.

Belə ki, yazışmaların qorunması hüquq müdafiəçilərinin və hüquq-mühafizə orqanları əməkdaşlarının cinayətkarları aşkarlamaq imkanlarını azaldıb.

Təşkilatın məlumatında deyilir ki, ötən il ərzində uşaqların hüquqlarının mümkün pozulmasına dair təqribən 29.2 milyon siqnal alınıb ki, bu da əvvəlki illə müqayisədə 19% azdır.

Bildirilir ki, yazışmaların məxfiliyinin qorunması uşaqların və cinayətkarların olduğu platformalarda məlumatların şifrələnməsinə gətirib çıxarır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru