İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi - ƏMR

10-05-2025, 16:36           
 İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi - ƏMR
Masallı rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə yeni təyinat olub.

Modern.az-ın məlumatına görə, Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovun müvafiq Sərəncamı ilə Hüseynov Tohid Əlihüseyn oğlu Masallı rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Tohid Hüseynov bu vəzifəyə qədər Masallı rayon İcra Hakimiyyəti başçısının Qızılavar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Masallı rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi, Masallı rayon İcra Hakimiyyəti başçısının köməkçisi və Masallı rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifələrində çalışıb.

Ailəlidir. 3 övladı vardır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru