Zukerberqin 20 il əvvəlki sözləri problem yaratdı

Dünən, 09:58           
Zukerberqin 20 il əvvəlki sözləri problem yaratdı
Mark Zukerberqin 20 il əvvəlki "Facebook" - bu, real dostlarla real əlaqələrdir" ifadəsi onun "Meta" şirkəti üçün problem yaradıb.

Bu barədə "The New York Times" yazır.

Hazırda "Meta" şirkətinin fəaliyyəti ABŞ Federal Ticarət Komissiyası (FTC) tərəfindən antiinhisar qanunvericiliyə zidd hərəkətlər baxımından araşdırılır.

"Meta"ya qarşı istintaq onunla əlaqələndirilir ki, bu şirkət istifadəçilərə pulsuz xidmətlər təqdim etməklə rəqiblərini sıradan çıxarır.

Güman edilir ki, əgər Federal Ticarət Komissiyası istintaqda qələbə qazanarsa, bu, antiinhisar qanunvericiliyin daha aqressiv şəkildə tətbiqinə və "Meta" üçün daha sərt cəzalara səbəb ola bilər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.