"Huawei" notbuklar və stolüstü kompüterlər üçün "Windows" əvəzinə istifadə ediləcək "HarmonyOS 5" əməliyyat sistemini təqdim edib.
Bu barədə "NotebookCheck" portalı məlumat yayıb.
Yeni sistem özünün mobil versiyasının arxitektura prinsiplərini təkrarlayır, "StarShield" və "Ark Engine" təhlükəsizlik sistemlərini özündə birləşdirir.
Şirkət bunun yüksək performans təmin etdiyini iddia edir, lakin "HarmonyOS"in "Windows"dan üstünlüyünü təsdiq edən konkret göstəricilər təqdim edilməyib.
"HarmonyOS 5"in interfeysi stolüstü əməliyyat sistemlərinə aid tanış elementləri qoruyub saxlayır: Ekranın alt hissəsində tapşırıq paneli, proqramların və sənədlərin iş masasında yerləşdirilməsi və s. Əsas sistem məlumatları, o cümlədən batareya səviyyəsi və vaxt sağ tərəfdə göstərilir.