Qətər əmirindən Trampa gözqamaşdırıcı hədiyyə - Dəyəri 400 milyon dollardır...

12-05-2025, 09:44           
Qətər əmirindən Trampa gözqamaşdırıcı hədiyyə - Dəyəri 400 milyon dollardır...
ABŞ Prezidenti Donald Tramp gələn həftə ilk xarici səfərini Qətərə edəcək.

“AzPolitika” xarici mediaya istinadla xəbər verir ki, səfər zamanı Prezidentə Birləşmiş Ştatlara xarici bir hökumətdən indiyədək verilmiş ən dəyərli hədiyyə – süper lüks “Boeing 747-8” reaktiv təyyarəsi veriləcək.

Qətərin bu hədiyyəsi Donald Tramp tərəfindən yeni Air Force One (Prezident təyyarəsi) olaraq istifadə ediləcək.

Təyyarənin mülkiyyəti Trampın prezidentlik müddətini bitməzdən əvvəl onun prezident kitabxanasının fonduna veriləcək.

Qeyd edək ki, Qətər əmirinin hədiyyəsinin dəyəri 400 milyon dollar qiymətləndirilir. Tramp komandasından belə bahalı hədiyyənin səbəbi izah edilməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru