“Başneft” şirkətinin keçmiş prezidenti axtarışa verilib, qiyabi həbs edildi

Bu gün, 16:48           
“Başneft” şirkətinin keçmiş prezidenti axtarışa verilib, qiyabi həbs edildi
Rusiyanın “Başneft” şirkətinin keçmiş prezidenti Viktor Xoroşavtsev axtarışa verilib və qiyabi həbs edilib.

Bu barədə Moskvanın Tver Rayon məhkəməsindən bildirilib.

Rusiya Daxili İşlər Nazirliyinin müvafiq məlumat bazasındakı karta əsasən “Başneft”in keçmiş prezidenti Viktor Xoroşavtsev axtarışa verilib. Moskvanın Tverskoy Rayon Məhkəməsi onu xüsusilə külli miqdarda dələduzluq (Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi) işi üzrə qiyabi həbs edib.

Xoroşavtsevlə bağlı işin təfərrüatları məlum deyil.

Qeyd edək ki, Xoroşavtsev 2003-2009-cu illərdə Udmurtiya Respublikasından senator olub. 2009-cu ilin sentyabrında Xoroşavtsev "Başneft" neft şirkətinin prezidenti təyin edilib. 2011-ci ilin iyununda məlum olub ki, o, AFK Sistema-da işə keçib, lakin artıq 2012-ci ildə AFK Sistema strukturunun yenidən təşkilindən sonra Xoroşavtsev Vladimir Yevtuşenkovun şirkətlərində tutduğu bütün vəzifələri tərk edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.