Göyərtəsində 186 sərnişin olan Niderland təyyarəsi Hamburq aerportuna təcili eniş edib

Dünən, 11:34           
Göyərtəsində 186 sərnişin olan Niderland təyyarəsi Hamburq aerportuna təcili eniş edib
Niderlandın milli hava yolu şirkətinə məxsus sərnişin təyyarəsi Hamburq aeroportuna məcburi eniş edib.

AZƏRTAC "Spiegel" qəzetinə istinadla xəbər verir ki, pilotlar təyyarənin salonunda tüstülənmə aşkarladıqdan sonra təcili eniş barədə qərar qəbul ediblər.

Stokholm–Amsterdam aviareysi ilə hərəkət edən təyyarənin göyərtəsində 186 sərnişin olub. Təyyarə təhlükəsiz şəkildə eniş etdikdən sonra sərnişinlər dərhal təxliyə olunub və terminala aparılıb.

Hava limanının yanğınsöndürmə xidməti hadisə ilə əlaqədar cəlb olunub. Tüstülənmənin səbəbi və miqyası ilə bağlı hələlik məlumat verilməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru