Dron zərbələri dalğası bölgələri bürüyüb: ⚫️Nevinnomıssk: Regionun ən böyük kimya zavodu olan Nevinnomıssk Azot-a 37 hücum olub. ⚫️Tambov Regionu: Tambov Barıt Zavodu yanır. Obyekt Rusiya müdafiə sənayesinin əsas elementidir. ⚫️Rostov vilayəti: Taqanroq və Novoçerkasskda partlayışlar. Logistika mərkəzləri - dəmir yolları və paylayıcı stansiyalar - ehtimal ki, məhv edilib. ⚫️Rosaviasiya isterikadadır: Stavropoldan Soçiyə qədər eyni anda 8 şəhərdə uçuşlar məhdudlaşdırılıb. ⚫️Krasnodar diyarı: Timaşevskdə dron qalıqları dəmiryol vağzalının ərazisinə düşüb və şəhərdən keçən sərnişin qatarının vaqonlarından birinə ziyan vurub. İki sərnişin yaralanıb. Maraqlı bir detal: dron zərbələri uzaqdan görünəndə ruslar bir qədər sakit reaksiya verirlər. Yaxınlıqda olanda isə söyüşün biri bir qəpikdən... Dadash Ahmadli TEREF