Baş həkim naziri saymır – İsmayıllıda

7-07-2015, 15:14           
Baş həkim naziri saymır – İsmayıllıda
19 iyun 2015-ci il tarixdə səhiyyə naziri Oqtay Şirəliyev İsmayıllı rayonunda vətəndaşları qəbul edib.

Qəbulda olan 1992-ci il təvəllüdlü Məhəmmədli Ayşən İntiqam qızı dəmir difsitli anemiya, bipeterioz, boyun ləngiməsi, total formalı alapetiya, xəstəliklərindən əziyyət çəkdiyini nazirin diqqətinə çatdırıb. TİA.AZ dosye.org-a istinadən xəbər verib.
Ayşən Məmmədlinin dediyinə görə, qəbulda olarkən cənab nazir İsmayıllı rayon xəstəxanasının baş həkimi Aftandil Rəhimova göstəriş verib ki, şikayətcinin müalicəsi dövlət hesabına həll edilsin. Lakin cənab nazirin bu göstərişi icra edilmir. Ayşən xanım dediyinə görə, heç baş həkim A. Rəhimovun qəbuluna düşmək belə mümkün deyil.
"25may 2015-ci il tarixdə İsmayıllı RİH-də başçının qəbulu zamanı baş həkim A. Rəhimov mənə Murad həkimə ünvanladığı, öz imzası ilə təsdiqlədiyi bir məktub verdi. Lakin sonralar " mən belə bir məktub yazmamışam" deyə imtina etdi. Nəzərinizə catdırıram ki, dünən 25 iyun 2015-ciil tarixdə anamla birlikdə Azərbaycan Respublikası MM-nin deputatı cənab Novruzəli Aslanovun da qəbulunda olduq. Çox sağ olsun, çox mülayim qarşılandıq və bizə növbədənkənar yardım olunmasına göstəriş verdi."
Nəzərinizə catdırıram ki, A. Məhəmmədlinin qardaşı da epilepdiya xəstəsidir. Mövzu diqqət mərkəzində saxlanılacaq və nəticəai barədə ictimaiyyətə məlimat veriləcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.