Otel tikdirən Baytarlıq Xidməti rəisi sahibkarlara yeni “MTN çetesi” yaradıb – İttihamlar

31-07-2017, 00:17           
Otel tikdirən Baytarlıq Xidməti rəisi sahibkarlara yeni “MTN çetesi” yaradıb – İttihamlar
Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən sahibkarlara qanunsuz təzyiqlər edilir

Ulus.Az-ın məlumatına görə, Xidmət rəisi Azər Süleymanov MTN və Vergilər Nazirliyindən sonra iş adamlarının bəlasına çevrilmiş üçüncü qurumarəhbərlik edir.

Sahibkarların obyektlərində aparılan yoxlamalar zamanı ət məhsullarının yarasız olması adı ilə qanunsuz ödəmələr tələb edilir.

Prezident iş adamlarına əlverişli şərait yaradılmasına tapşırıq verib, sahibkarlığın inkişafı istiqamətində mühüm addımlar atılır. Amma A.Süleymanovun işçiləri özlərini MTN çetesi kimi aparırlar.

Bunun nəticəsidir ki, günbəgün varlanan Baş baytar Göygöl rayonunda “Karusel” istirahət mərkəzi tikdirib. Əlbəttə ki, Xidmət rəisinin dövlətdən aldığı əmək haqqı bu mərkəzi açmağa imkan vermir.

Eləcə də qanun onun bizneslə məşğul olmasını qadağan edir. O baxımdan A.Süleymanov yaxınlarına bu istirahət mərkəzinin idarə olunmasını həvalə edib.

A.Süleymanov istirahət mərkəzi yaxınlığında otel də tikdirir.

Bundan başqa, hər il Qərb zonasının regional mərkəzi olan Gəncədə təşkil edilən baytar seminarları artıq Göygöldə olur. Buna səbəb də A.Süleymanovun Göygöldən olmasıdır.

DBX rəisi Göygöldə yerləşən “Karusel” istirahət mərkəzində baytarlar üçün təlim təşkil etdirir. İddialara görə, həmin istirahət mərkəzi baş baytara məxsusdur deyə ordan pul silmək olur.

Xatırladaq ki, bu günlərdə sosial şəbəkələrdə hazırda Dövlət Baytarlıq Nəzarəti Xidmətinə rəhbərlik edən Azər Süleymanovun I qrup əlil olması barədə yazı dərc edilmişdi.

I qrup əlilin Dövlət Baytarlıq Nəzarəti Xidməti kimi önəmli olan bir dövlət qurumunda ən yüksək vəzifə tutması oxucularımızın da təəccübünə səbəb olmuşdu. Kənd Təsərrüfatı Nazirliyi isə bu barədə susmuşdu.

Məlumat üçün bildiririk ki, A.Süleymanovun Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi kimi aylıq vəzifə maaşı 1050 manatdır. Amma bu maaşla otel tikdirir.
teref.az olaraq qarşı tərəfin fikirlərini dinləyə bilərik!












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.