Sədərək gömrük keçid məntəqəsinin "özəl qanun"-ları - Buradan piyada keçidi yasaqdır - İDDİA/VİDEO

31-07-2017, 10:40           
Sədərək gömrük keçid məntəqəsinin "özəl qanun"-ları - Buradan piyada keçidi yasaqdır - İDDİA/VİDEO
teref.az məşhur vəkil Qurban Məmmədovun Naxçıvanın Sədərək gömrük keçid məntəqəsində baş verən qanunsuzluq barəsində yazdığı statusu sizə təqdim edir:
"Naxçıvanın Sədərək gömrük məntəqəsində indicə qəribə bir halla rastlaşdım. Məni piyada olaraq keçməyə qoymadılar ki, mütləq kiminsə maşınına minməliyəm.
"Mən piyada gəzməyi xoşlayıram, əvvəlllər də buradan piyada keçmişəm"--desəm də, gömrük əməkdaşı cavan oğlan amiranə surətdə barmağını Şərura tərəf tutub dedi:"ağsaqqal, gəzmək istəyirsən, buyur get gəz". Bax belə. Dünyanın heç bir gömrüyündə piyada keçidə qadağa yoxdur və ola da bilməz. Sadə məntiq belə deyir: mənim maşınım yoxdursa, heç kim də məni öz maşınına götürmürsə ( buna onları heç kim məcbur edə bilməz, bu onların hüququdur), deməli, mən Türkiyəyə keçə bilmərəm. Bu qaydanı qoyanların ağıl problemi var yəqin."
teref.az















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru