Kəmaləddin Heydərova qarşı böyük savaş: qardaşı, müavinləri və komandası naziri “bitirir”

14-08-2017, 00:57           
Kəmaləddin Heydərova qarşı böyük savaş: qardaşı, müavinləri və komandası naziri “bitirir”
Azərbaycan cəmiyyətində kağız mediası üçün tiraj, inernet mediası üçün İP kütləviliyi yaradan mövzulardan biri də fövqəladə hallar naziri Kəmaləddin Heydərovla bağlıdır. Bu şəxs hər zaman oxucu auditoriyası üçün maraqlı olmasına rəğmən uzun müddət kölgəyə çəkilib. Mətbuatın “fövqəlsusqunluğu” elə təəssürat yaratmışdı ki, sanki ölkənin ən kristal və şəffaf naziri FHN rəhbəridir və bu strukturun fəaliyyətində heç bir qaranlıq yoxdur. Amma bu yanlış təəssüratdır. Baş verənlərlə bağlı cumhuriyyet.net olaraq apardığımız araşdırmalar əsl gerçəklikləri üzə çıxarır. Söhbət K.Heydərovun media qorunmasından, rəqiblərinin bu müdafiə səddini aşmasından və nəhayət nazirin ətrafının da onun rəqiblərinə əks təbliğat üçün əsas verməsindən gedir.
Mediadakı “fövqəlgüc”ü bitirilir
Kəmaləddin Heydərovun siyasi ambisiyaları gücləndikcə və mövqeyi möhkəmləndikcə öz iqtidarının qaykalarını bərkidir. Bununla bağlı cumhuriyyet.az-ın əldə etdiyi məlumata görə, fövqəlnazir mediaya xərclədiyi kapital hesabına siyasi hakimiyyətini saxlamaqdadır. Hətta həmin media quruluşları o qədər şişib ki, Prezident Administrasiyanın himayəsini belə rədd edirlər.
Sözügedən media qrupların PA-dan gələn sifarişləri yerinə yetirmədiyi, K.Heydərovun icazəsi olmadan qeyri-mümkünlüyü cavabını verdiyi xəbər verilir. Bu da FHN şefinin media imperiyası ilə bağlı doldurulan blankın daha bir xanasına “quş” qoyulması ilə nəticələnib. Çünki son zamanlarda K.Heydərovun öz siyasi qüdrətini artırması və siyasi hakimiyyətə dirsək göstərməsi hiddət doğurub. Yuxarı eşelonda fövqəlnazirin öz siyasi hakimiyyətini qurması barədə giley-güzar edilir. Üstəgəl, PA-nın kurasiyasını qəbul etməyən və tapşırıqların icrasından imtina edən Heydərovun media quruluşları, sayt və portalları PA-nı “bıçaq sümüyə dirənib” həddinə çatdırıb. Xirtdəyə qədər yığılan narazılığın nə zamansa qaynar qazan kimi daşacağı yaxud vulkan kimi partlayacağı qaçılmazdır.
Heydərovun topdağıtmaz imici və rəqiblərə pas verən komanda
K.Heydərov dəridən-qabıqdan çıxıb ki, nazirliyin fəaliyyətindən bir şikayət olmasın, maxinasiya və korrupsiya əməliyyatlarında adı hallanmasın. İnsafən, dünənə kimi fövqəlnazir muradına çatmışdı. Mətbuatda sağdan-soldan döşənən nazirliklərdən fərqli olaraq, FHN barəsində ittihamlara rast gəlinmirdi. Xüsusi qeyd etmək lazımdır ki, K.Heydərov karyeristdir. Nazir yalnız özünə, şöhrətinə və şəxsi keyfiyyətlərinin el arasında piarına resurslarını sərf edir. FHN rəhbəri olduqca ağıllı, dünyagörüşlü və siyasətdə püxtələşmiş məmurdur. İnhisarçı nazir olsa da, onun kurasiyasında olan obyektlərdə insanlara qayğı var, nazirə müraciət edən şəxsin problemi həll olunur, nazirliyin işçiləri heç zaman rüşvət almaz, iş üçün ağız açanın məsələsi düzəlir, obyekt tikdirdiyi yerdə plana düşən tikililərə görə sahibəri ilə hallalaşır, duyğusal adamdır, bəstəkardır və s. ilaxır… Heydərov özü haqda mərhəmətli oliqarx-nazir obrazı formalaşdırıb. Amma artıq bu imic dağılmaqdadır. Bir müddətdir ki, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovla bağlı mətbuatda bir-birindən rəngarəng materiallar yayımlanır. Saytlarda yayılan bu məlumatlarda nazir korrupsiyada, dövlət əmlakını mənimsəmədə ittiham olunur, ölkədə baş böhrana səbəb olan şəxslərdən biri kimi təqdim edilirdi. İnformasiyaların daha çox şayiə xarakterli olması, faktlara söykənməməsi və qeyri-peşəkar hazırlanmaları da diqqət çəkirdi. Amma daha sonra məsələlər ciddiləşdi, nəinki faktlar ortaya qoyulmağa başlandı, hətta ara-sıra millət vəkilləri, yüksək çinli YAP mənsubları tərəfindən də “fövqəlnazir”in bostanına daş atıldı. Maraqlıdır ki, K.Heydərova qarşı təbliğatda təsirli və inkarolunmaz təbliğata elə onun ən yaxın ətrafı səbəb oldu. Biz bu yazımızda cumhuriyyet.az olaraq komandadan olan səbəbkarlardan ikisi – “fövqəlnazr”in müavinləri Rəfail Mirzəyev və Tapdıq Əmiraslanov haqda məlumatlara diqqət çəkəcəyik.
Nazirin qardaşıadam güüləliyib birinci müavin ört basdır edib?
Son günlər ölkənin gündəminə çevrilən qəza hadisəsində adı hallanan Səməd Heydərov – FHN rəhbərinin qardaşı ilə bağlı mediada ilginc iddia səsləndirilib. Cumhuriyyet.net olaraq afn.az-ın yayımladığı həmin məkumatı olduğu kimi diqqətinizə çatdırırıq: “S.Heydərovla bağlı daha bir ilginc xatırlatması nazir qardaşının 2013-cü ilin fevralın 6-da paytaxtın Zahid Xəlilov küçəsində yerləşən “Elbaro” restoranında qeydə alınan insidentdə iştirakı ilə bağlıdır. Onun verdiyi məlumatın detallarına keçmədən internet resurslarına istinadən xatırladaq ki, həmin gün gecə saat 00.00 radələrində adıçəkilən restoranda baş verən silahlı insident nəticəsində iki nəfər güllələnib. Onlar 45 yaşlı Aydın Məmmədzadə və onun oğlu, 20 yaşlı Emin Məmmədzadə olub. Güllə yarası alan hər iki şəxs xəstəxanaya yerləşdiriliblər. Restoranda Aydın Məmmədzadənin anasının ad günü qeyd edilirmiş. Mərasimin başa çatmasına az qalmış hələlik şəxsiyyəti açıqlanmayan şəxs (maraqlıdır ki, bu şəxsin şəxsiyyəti rəsmi qaydada sonradan da açıqlanmayıb, baş vermiş cinayətin sonucu ilə bağlı heç bir rəsmi məlumat verilməyib. Hər halda, internet resurslarında bu barədə məlumata rast gəlinmir-red.) restorana daxil olub və banket zalına qalxıb. O, ata və oğul Məmmədzadələri nişan alaraq, avtomat silahla onları ayağından güllələyib. Mənbəmiz iddia edir ki, adı açıqlanmayan həmin şəxs fövqəladə hallar naziri Kəmaləddin Heydərovun qardaşı Səməd Heydərov olub: “Həmin gecə onun yanında nazirin birinci müavini Rəfail Mirzəyev də olub. Rəfail Mirzəyev hətta gecə Səməd Heydərovun yanında polis bölməsinə də gedib, məsələni “yerindəcə həll edib” cinayətin üstünün örtülməsinə nail ola bilib. Hətta mənim bildiyimə görə, Kəmaləddin Heydərov da həmin adamlardan şəxsən üzr istəyib. Hadisənin baş vermə səbəbi isə ad günü qeyd edilən xanımın şərəfinə anaya aid mahnının sifariş olunması olub. Səməd Heydərov nəyə görəsə bu mahnının oxunmasına etiraz edib ona görə mübahisə yaranıb”.
Surət Hüseynovla həbsxanadan “fövqəlnazir”in sağ əlinədək yol gələn Rəfail Mirzəyev
Kəmaləddin Heydərovlla bağlı mediaya çıxan ilk məlumatların mənbəyi fövqəladə hallar nazirinin birinci müavini Rəfail Mirzəyevlə bağlı idi. Bu məlumatlarla bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalarlar zamanı ilginc faktlarla rastlaşdıq. Məsələn bildirilir ki, R.Mirzəyevin oğlu və kürəkəninə məxsus tikinti şirkətləri FHN-in keçirdiyi tenderlərdə qalib edilərək böyük miqyasda işlər götürürlər: “2012-ci ildə Zaqatala və Balakəndə baş verən zəlzələ zamanı dağılan evlərin təmir-bərpası zamanı da işlər R.Mirzəyevin yaxınlarının şirkətlərinə verilməklə büdcədən xeyli vəsait mənimsənilib. Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri dəymiş ziyanı artıqlaması ilə hesablayıblar”. Lakin R.Mirzəyev haqda məlumat bununla bitmir. Son bir neçə ildə FHN-də kadr məsələləri sırf R.Mirzəyevin kurasiyasındadır: “Bu adam isə əvvəllər MTN-in işçisi olub. Namiq Abbasovun vaxtında MTN-in rəsmi iççisi, eyni zamanda Gömrük Komitəsi sədrinin birinci müavini olub. Hətta Gəncədə çalışdığı dövrdə Surət Hüseynovla problemlər yaşayan R.Mirzəyev onun tərəfindən bir neçə sutkalıq həbs də edilib. MTN-də topladığı təcrübəsini istifadə edən R.Mirzəyev nazirliyin mərkəzi aparatında təmizlik və mühafizə işlərinə öz agentlərini yerləşdirib. Xadimələr otaqlarda olan danışıqları, bəzən də sənədləri R.Mirzəyevə çatdırırlar”. Ötən il nazirliyin Maliyyə-iqtisadiyyat Baş İdarəsində 3 milyon manatlıq yeyinti faktı aşkarlanıb: “Nazir Kəmaləddin Heydərovun da bundan xəbəri olub və fakt onu bərk qəzəbləndirib. Bununla əlaqədar Maliyyə-iqtisadiyyat Baş İdarəsində bəzi yüksək vəzifəli işçilər, eyni zamanda idarənin Maliyyə şöbəsinin rəisi Rəsulov Veysəl də işdən uzaqlaşdırılıb. İtən pulun bir hissəsi, daha doğrusu, təxminən bir neçə yüz minlik az qismi qaytarılıb. Amma sonradan nazirliyin yüksək rütbəli şəxsi tərəfindən bu məsələ ört-basdır edilib”. R.Mirzəyevlə bağlı mediada yayılan digər bir məlumatda o da bildirilir ki, o, nazirin digər müavinləri Orucəli Hacıyev və Etibar Mirzəyevi fəaliyyətsiz duruma salıb: “Birinci müavinə yaxınlığı ilə seçilən Yanğından Mühafizə Xidmətinin rəisi, general Füzuli Əsədovla nazir müavini Etibar Mirzəyev arasında soyuq münasibətlər mövcuddur. Halbuki yanğın xidməti faktiki olaraq E.Mirzəyevin kurasiyasındadır. Lakin buna baxmayaraq, xidmət rəisi E.Mirzəyevlə deyil, R.Mirzəyevlə hesablaşır. Bütün məlumatları, hesabatları ona təqdim edir. R.Mirzəyevlə hesablaşmayan yeganə adam Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi general İsrail Əliyevdir. Ümumilikdə R.Mirzəyevə nazirlik daxilində “biət” edən yüksək vəzifəlilər bunlardır: Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsinin rəisi Elşad Hüseynov, Fövqəladə halların xəbərdar edilməsi və daxili təhlükəsizlik Baş idarə rəsi Valeh Abdullayev, idarə rəisi Niyazi Zamanov, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Cəbrayıl Xanlarov, Katibliyin rəhbəri Cəfər İbadov.
Sabiq rektorun oğlanlarının yaratdığı problemlər
Lap bu günlərdə Kəmaləddin Heydərovun medianın gündəminə gətirən digər bir müavini isə Tapdıq Əmiraslanovdur. T.Əmiraslanovun tərcümeyi halına diqqət yetirdikdə onun haqqında yaranan təəssürat “gənc və inelektual” kadr kimi görünür: “Tapdıq Əmiraslanov 1978-ci il fevralın 7-də Moskva şəhərində anadan olub. O, 1999-cu ildə ABŞ-ın Hyuston Universitetinin Biznes idarəçiliyi fakültəsini bitirib. Daha sonra 2003-cü ildə Amerikanın St.Tomas Universitetində Biznes idarəçiliyi üzrə təhsil alıb. İxtisası marketinq-maliyyədir. İqtisadi elmlər namizədidir. O, 2003-ci ilin avqust ayından 2004-cü ilin aprelinədək Maliyyə Nazirliyinin Xarici iqtisadi əlaqələr baş idarəsində Baş məsləhətçi, daha sonra həmin idarədə Xarici dövlət borcunun uçotu və icmallaşdırılması sektorunda sektor müdiri və müdir müavini işləyib. T.Əmiraslanov 2007-2009-cu illərdə İqtisadi İnkişaf Nazirliyinin Dövlət investisiyaları şöbəsinin, daha sonra Regional inkişaf siyasəti və regionlarla iş şöbəsinin müdiri postuna çalışıb. O, 2009-cü ilin fevral ayından 2013-cü ilin noyabr ayınadək Fövqəladə Hallar Nazirliyinin Katibliyində Katibliyin köməkçisi, 2013-cü ildən nazir müavini təyin olunanadək həmin katiblikdə rəis müavini vəzifəsində çalışıb”. 35 yaşında ölkənin ən güclü nazirinin müavini olan bu gəncin yüksəlişində təhsilindən daha üstün digər bir factor da var: O uzun müddət Tibb Universitetinin rektoru, indiki millət vəkili Əhliman Əmiraslanovun oğludur. Amma cumhuriyyet.az olaraq gənc nazir müavininin tərcümeyi halı ilə bağlı mediada yer alan fərqli iddialara da rast gəldik: “Tapdıq Əmiraslanov Amerikada təhsil alaraq, orda dindar qardaşlarla ünsiyyətdə olub. Ancaq ABŞ-da təhsil alaraq həmin təhsil ocağı ilə paralel BDU-da da təhsil almağı barədə məlumat var. Deyilənlərə görə, bu şəxsin Amerikada ola-ola BDU-da imtahanlarda qiymət almasında Azər Əmiraslanovun müstəsna rolu olub”. Məlumat üçün bildirək ki, Azər Əmiraslanov Tahir Əmiraslanovun qardaşıdır və Azərbaycan Tibb Universitetinin saytında (http://www.amu.edu.az/az/cafedra/628/632) Azər Əmiraslanovun fəaliyyət sahəsinin “Sümük, yumşaq toxuma, dəri və süd vəzisinin şişlərində müxtəlif cərrahi əməliyyatlar” olduğu deyilir. Amma cumhuriyyet.az olaraq bildirək ki, Azər Əmiraslanovun ayrı-ayrılıqda iş adamları ilə şərik olmağı barədə mətbuatda bir çox məlumatlar var. Bu məlumatlardan təsəvvür yarana bilər ki, Azər Əmiraslanov hətta lazım olanda kollektor rolunu icra edir. Məlumatlarda K.Heydərovun müavininin də qardaşının işləri ilə bağlılığı və hazırda “İçərişəhər” metrosu yaxınlığında böyük bir tikintiyə sahib olduğu bildirilir. Elə bu günlərdə mediada yayılan məlumatlarda da Əmiraslanov qardaşlarının milyonluq qalmaqalından söz açılırdı.
***
Mənbəmiz onu da bildirdi ki, FHN-də yaxın vaxtlarda ciddi kadr islahatlarının olacağı gözlənilir: “Vəziyyətin dəyişməsi zərurətə çevrilib. Əks halda, K.Heydərovun müsbət imici zədələnə bilər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.