Şok iddia! Abidin Fərzəliyev 20-dən artıq ağacı benzin tökdürərək yandırtdırıb - Fotofakt

25-08-2015, 16:04           
Şok iddia! Abidin Fərzəliyev 20-dən artıq ağacı benzin tökdürərək yandırtdırıb - Fotofakt
Bakının mərkəzində 20-dən artıq çox illik şam ağacı benzin tökülərək yandırılıb

İcra başçısının həmin ərazini 2.5 milyona satdığı bildirilir

Bakının mərkəzində Koroğlu Rəhimov küçəsində,məşhur “Gilavar” restoranının arxasındakı ərazidə çox illik şam ağaclarını benzin töküb yandırıblar. Yaxın zamanda isə həmin ərazidə yanmış ağacları Ekologiya və Təbii Sərvətlər Nazirliynin mütəxəssislərinin rəyi ilə həmin ağaclar kəsiləcək.

teref.az xəbər verir ki, bu barədə AzFakt.com-u məlumatlandıran mənbənin bildirdiyinə görə həmin ərazidə əvvəllər köhnə bir bina yerləşirdi. Həmin binada Kəlbəcərdən olan məcburi köçkünlər məskunlaşmışdılar. Bir müddət əvvəl köçkünlər oradan çıxarılaraq başqa bir binada yerləşdirildilər. Mənbənin AzFakt.com-a bildirdiyinə görə bundan sonra əvvəlcə həmin ərazini zibilliyə çevirdilər. Ərazidəki çoxlu sayda çox illik şam ağacları isə gecələr naməlum adamlar tərəfindən benzin tökülərək yandırılıblar. Bildirilir ki, hazırda ərazidə 20-dən artıq çox illik şam ağacının gövdəsi yandığından quruyub və onların kəsilməsi qaçınılmaz olub.

Ağacların yandırılması ilə bağlı mənbə tükürpədici məlumatlar verib. Belə ki, mənbəninin bildirdiyinə görə ərazini Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abidin Fərzəliyev bilinməyən şəxslərə 2.5 milyona satıb. Bundan sonra ərazidə məskunlaşan məcburi köçkünlər oradan köçürülüb və bina sökülüb. Ərazidəki ağacları kəsə bilmədikləri üçün, unikal bir yol fikirləşiblər. Naməlum adamlar hər axşam bir neçə ağacın gövdəsinə benzin tökərək onları yandırıb. Yanğının təsirindən isə təbii ki, ağaclar quruyub. Mənbə bildirir ki, artıq Abidin Fərzəliyev rahat şəkildə Ekologiya və Təbii Sərvətlər Nazirliyndən mütəxəsislər dəvət edərək qurumuş ağacların kəsilməsini rəsmiləşdirəcək.

Qeyd edək ki, prezident İlham Əliyev dəfələrlə Bakıda ağac kəsilməsini qəti şəkildə qadağan edib. Buna baxmayaraq bəzi icra başçıları müxtəlif yollarla Bakının mərkəzində yaşıllıqları qırmaqda davam edirlər.

Qarşı tərfin mövqeyini dərc etməyə hazırıq.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.