Beyləqanın icra başçısından şok sözlər: “Ölkə böhran içindədir”
2-10-2015, 00:50
Beyləqandan "Yeni Çağ”-a daxil olan məlumata görə 3 gün öncə rayon kəndlərindən birində yanğın baş verib.
Həmin yanğın hadisəsi zamanı ev sahibinin evi və bütün əşyaları yanaraq kül olub.
Evinin və bütün əşyalarının yanmasına görə rayon icra hakimiyyətinə gələrək kömək istəyən vətəndaş icra başçısı Vaqif Abdullayev tərəfindən unikal bir cavab alıb. Mənbə bildirir ki, icra başçısı vətəndaşın kömək xahişinə, "indi vəziyyət çox çətindir, ölkəni götürən böhran icra hakimiyyətlərinə də təsir edib. Cənab prezident hələ ki, heç bir tikinti təmir üçün vəsait ayırmayıb, bir yerdən borc al, gələn il vəsait ayrılacaq, o zaman sənə köməklik edərəm” deyib.
İcra başçısının bu unikal cavabından sonra vətəndaş qohum-əqrabalarının, qonşularının köməkliyi özünə bir neçə yatacaq dəst və əşya alıb.
Məsələnin maraqlı tərəfi isə Vaqif Abdullayevin vətəndaşa verdiyi cavab olub.