Qırğızıstanda pornosaytlara giriş qadağan edildi

Dünən, 17:44           
Qırğızıstanda pornosaytlara giriş qadağan edildi
Qırğızıstan Prezidenti Sadır Japarov "Ölkənin internet məkanında pornoqrafik xarakterli elementlərə malik məzmunda saytlara girişin qadağan edilməsi haqqında" Qanun imzalayıb.

Economist.kg nəşrinin xəbərinə görə, bu barədə dövlət başçısının mətbuat xidmətindən məlumat verilib.

Sənəd 2025-ci il iyunun 25-də Joqorku Keneş (birpalatalı parlament) tərəfindən qəbul edilib. Qanun cəmiyyətin mənəvi-əxlaqi dəyərlərini və şəxsiyyətin mənəvi-əxlaqi sağlamlığını qorumaq məqsədi daşıyır.

Qanun pornoqrafiya elementləri olan materialların internetdə yayılmasını qadağan edir. Belə məzmun aşkar edildikdə səlahiyyətli orqan saytın və ya internetdə ayrıca səhifənin fəaliyyətinin iki ayadək dayandırılması barədə qərar qəbul edir. Bu qərarın icrası internet provayderləri, hostinq provayderləri və sayt sahibləri üçün məcburidir.

Qanun, həmçinin provayderlərə və resurs sahiblərinə qadağan olunmuş məzmuna girişi bloklamaq öhdəliyi qoyur. Tələblərin pozulmasına görə respublikanın qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə cəlb olunma nəzərdə tutulur.

Sənəd rəsmi şəkildə dərc edildikdən 10 gün sonra qüvvəyə minir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru