Bizə vətəndaş lazımdırmı?.. Prezident bəli, deyir, məmurlara bir də düşünmək qalır...
30-11-2021, 00:10
Qarabağ savaşının 44 günlük döyüşdən sonrakı qələbəsindən əvvəl xalqla dövlət arasında ciddi uçurum vardı. Bu uçurum sosial problemlərdən, maddi ehtiyaclardan, işsizlikdən dolayı yaranmışdı desək, yanılmarıq. Bu həm də idarəçiliyində bir qrup məmurun vətəndaşa üstən aşağı baxmasının, lazımsız təbəqə müamiləsi yapmasının nəticəsi idi. Yəni vətəndaş necəsə özü yaşasın, nəyimizə lazım? Durum təxminən bu idi. Amma kökündən yalnış yanaşmadır. Niyə?
Dövlət, seçkisində vətəndaşdan səs umursa...
Dövlət, müharibədə xalqdan dəstək umursa...
Dövlət, dönüb arxasında xalq görmək istəyirsə...
Dövlət, vətəndaşdan savaşmasını istəyirsə...
Dövlət, vətəndaşdan fədakarlıq unuda...
...Azərbaycan vətəndaşı həm də coğrafi mövqeyindən yana adil, kamil və savadlı olmağa, cəsarətli, təminatlı, ürəkli olmağa məcburdur bir az da.
...Və bu gün Qarabağ siyasi, diplomatik masalarda müzakirəsidir. Bu gün dövlət, lider dönəndə mütləq arxasında möhkəm dayanmış və mətin vətəndaş görməlidir.
Bütün bunları niyə sadaladım. Ona görə ki, ölkədə dövlətin diplomatik masalarda əlini zəiflətmək üçün iç siyasəti sosial problemlər üzərində, maləsəf bəzən də həqiqətən əsaslandırılmış formada müharibədən əvvəlki duruma sürükləyirlər. Yəni dövlətlə, xalq arasında keçmiş uçurumu bərpa eyməyə cəhd edirlər...
***
Bəs dövlət bundan xəbərdar deyilmi? Xəbərdardır, həm də bütün incəlikləri ilə.
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bu il, noyabrın 8-də, Zəfər Günündə, Şuşada hərbçilər qarşısında çıxışından bir sitat əminliyimin son dərəcə ciddi təsdiqidir. Prezident deyir:
-Bizim silahımız da, sursatımız da olsa, iqtisadiyyatımız da güclü olsa, beynəlxalq müstəvidə də uğur qazansaq, əgər bizim vətəndaşlar torpaq uğrunda, Vətən uğrunda öz gücünü göstərməsələr, qalan amillərin heç bir əhəmiyyəti olmayacaq.
***
Dövlətə əqidəsi, dövlət sevgisi, sədaqəti tam olan, savadlı, cəsarətli vətəndaşlar gərəkdir.
Ancaq bəzi hallarda dövlət qurumuna irad bildirəndə, tənqid yazanda, qarşısına belə bir arqument qoyurlar, sən dövlətin gördüyü işə xələl gətirirsən.
Əvvəla dövlət birdir. Prezident dövlətin ali simasıdır. Yəni dövlət elə Prezidentdir. Qalan hər kəs, vətəndaşdır. Bəzi səlahiyyət verilən şəxslərsə, dövlət qulluqçusu və məmurdur. Yəni ələmandır, özünə dövlət deyə bilməz. Çünki o, dövlət deyildir. Və unutmaq olmaz özünə dövlət deyən çoxlu sayda, saxtakarlar tanıyırıq, indi məsələn, Kürdəxanıda "dincəlir".
Dövlət başçısının dediklərinə gəlincə, bu gün və gələcəkdə Azərbaycanın var olmasını qüdrətli, cəsarətli, ürəkli, möhtəşəm, sosial problemsiz, öz haqqını alan və hüquqlarını bilən, Azərbaycan vətəndaşı təmin edəcək.
Bunun üçün ideoloji təbliğat mexanizi təcili işə salınmalıdır. Çünki dövlətin əlimdə yaxşı yetişdirmək üçün vətənpərvər, mərd, zəhmətkeş, ürəkli, səxavətli və sədaqətli, amma fikirləri dağınıq bir xalq var. Onu VƏTƏNDAŞ ordusuna çevirməyin əsl zamanıdır. Yaxşı yetişdirilmiş vətəndaş dövlətin uzunömürlülük qarantıdır.
Jalə Mütəllimova