Azərbaycan adının tarixi - Tanrıverdi Əliyev yazır...

18-01-2022, 08:59           
Azərbaycan adının tarixi -
TEREF.AZ: Tarixi mənbələrdə “Azərbaycan” adı çox nəql edilmişdir. Əfsuslar olsun ki, cəmiyyətimizin bəzi nümayəndələri iddia edir ki, Azərbaycan 1918-ci ildə yaranmış dövlətdir. Məhz bu adı Məhəmməd Əmin Rəsulzadə yaratmışdır. Halbuki, bu çox absurd iddiadır. Azərbaycan adının mənşəyi qədim fars dilində od(alov) yurdu mənasına gəlir. Biz bu adla ilk dəfə Atropatena zamanı tanış olmuşuq. Belə ki, Atropatena dövlətinin digər adı Adərbayqan olmuşdur. Qeyd etdiyimiz kimi bu adın mənası alov yurdu deməkdir. Çünki, sözügedən illərdə Zərdüştlüyün yəni atəşpərəstliyin qibləsi Qazaka(indiki Təkab) şəhərində idi. Ərəblərin yaxın şərqi işğalından sonra Xəlifələr işğal etdikləri ərazilərə valilər təyin etmişdir. Azərbaycan ərazisinə də I Müaviyə tərəfindən canişin Ubeydullah təyin olunmuşdur. Qeyd etmək lazımdır ki, əməvi ərəb mənbələrində Azərbaycan ərazisi Dərbəndən-Zəncana qədər sərhədlənmişdir. Yaqub Həmədani Möcəmul-buldan kitabında Ərdəbilin də Azərbaycana aid olduğunu yazır. “... O cümlədən Ərdəbil barəsində ki, Azərbaycan məntəqələrindəndir, deyilənlərə əsasən Ərdəbil Azərbaycanın ən məşhur şəhərlərindən və islamdan əvvəl onun mərkəzi olmuşdu.”

İslam mənbələrində isə Azərbaycan adı Savalan dağı ətrafındakı ərazi olaraq qeyd edilir. Belə ki, əl-Qeybət kitabında qeyd olunur ki, Məhəmməd peyğəmbər (s) buyurmuşdur ki, Hər kəs «فَسُبْحانَ اللَّهِ حِینَ تُمْسُونَ...»- ayəsindən «...وَ کَذلِکَ تُخْرَجُونَ»- ə kimi(Rum surəsi 17-19) oxusa Savalan dağına yağan qarın dənələri qədər savab əldə edər. Deyildi ey Allahın rəsulu! Savalan nədir? Buyurdu: «Azərbaycan torpaqlarından bir məntəqədir ki, behiştdən bir çeşməsi və peyğəmbərlərin birinin qəbri ordadır.

Fikrimizcə, sözügedən peyğəmbər Cərcis peyğəmbərdir. Ümumilikdə qeyd edək ki, VII və VIII əsrlərdə ərəb/islam qaynaqlarında Azərbaycanın adı və sərhədləri qeyd edilir.

Qədim Azərbaycan şairi Qətran Təbrizi də öz Divanında Azərbaycan adına toxunur. O, 1020-1060 cı illərdə hakimiyyətdə olmuş Rəvvadi hökmdarı I Vəhsudana “Şahi Azərbaycan” yəni Azərbaycanın şahı olaraq xitab edir.

Qətranın Divanından:

بزم از این تازه چو ازماه دو هفته آسمان چون ستاند جام میرا زوخداوند جهان جعفر آنکو کرد زر جعفری را ، امکان عیب دانم خواندن اور شاہ [آذربایگان] کوهمه دیتى بگيردگیشودهمداستان؟ بسندی گیتی همه چون خسروان باستان زوزدندی گاه بخشیدن بمردی داستان وزتن شيران برون آرد بضربت ارغوان از خدنگ او تن حاسد بچفندچون(۱)کمان

Azərbaycanın görkəmli hökmdarı olmuş Şah İsmayıl Səfəvi Şimal-şərqi Azərbaycanı fəth edərkən müridləri Gülüstan qalası ətrafında dayanmış və Şah onlara Azərbaycan taxtına sahib olmaq istəyini sətiraltı ifadə ilə söyləmişdir. “İsgəndər bəy Münşi Səfəvi dövlətinin qurulması ərəfəsini belə təsvir edir: “Şirvan vilayətinin uca və məşhur qalalarından olan bu qala (Gülüstan qalası) mühasirəyə alındı. Mühasirə vaxtı qeyb aləmindən xəbər gətirən mələk o həzrətə (Şah İsmayıla) Azərbaycanın səltənət taxtına və padşahlığına yetişmək müjdəsi verdi... O həzrət əzəmətli əmirləri çağırıb onlara dedi: “Sizə Gülüstan qalası lazımdır, ya Azərbaycan taxtı?”

Azərbaycanlı anlayışı nədir?!

Azərbaycan adının qədim olduğu kimi Azərbaycanlı adının da qədimliyinə dair dəlillər vardır. İlk öncə qeyd edək ki, “Azərbaycanlı” anlayışı Stalin tərəfindən türklüyə damğa vurmaq məqsədi ilə

yaradılmamışdır. Düzdür, AXC dövründə əhalinin milliyyəti siyahılara türk olaraq qeyd olunurdu, lakin bu azərbaycanlı məsələsini sarsıtmır. Türk milliyyətin adıdır, Azərbaycanlı isə xalqın kimliyidir. Çünki, Azərbaycan ərazisində türk olmayan(talış, tat, ləzgi, udin və.s) xalqlar vardır. Azərbaycanlı dedikdə yəni Azərbaycan ərazisində yaşayan xalqların ümumi ismi deməkdir. Qeyd etdiymiz kimi, Azərbaycan adı çox qədim mənbələrdə qeyd olunur. Mən Azərbaycanlıyam deməklə biz dolayı yol ilə mən e.ə IV əsrdə Adərbayqan(Azərbaycan) torpaqlarında yaşayan xalqın övladıyam deməkdir. XX əsrdə yaranan anlayışın yox. Biz bu fikri ifadə etməklə, Türklükdən uzaqlaşmır, əksinə tariximizdə daha da bağlı oluruq. Dolayı dəlil verək:

Nizami Gəncəvi ədəbiyyatşünaslıqda türk olaraq qeyd olunur, həqiqətə o türkdür. Lakin, nisbəsi Gəncəvi(Gəncəlidir). Yəni, tarixi Gəncə şəhərinin övladıdır. Nizaminin Gəncəvi olması türklükdən uzaqlaşdırırmı?! Xeyr, hətta biz Nizaminin məhz Gəncəvi olması ilə onun türk olduğunu sübut edirik. O cümlədən, Azərbaycanlı deməklə biz tarixi Azərbaycan torpağında yaşadığımızı qeyd edirik. Habelə, türk olmayan millətləri də ümumiləşdiririk. Milliyyət və xalq məsələsi fərqli anlayışlardır. Məsələn :türk, talış, udin fərqli – fərqli millətlərdir. Danışdıqları dil, adət-ənənə arasında müəyyən fərqlər var, lakin, biz ümumi Azərbaycanlı ifadəsini işlətdikdə dilindən, millətindən aslı olmayaraq hər kəsi tarixi Azərbaycan torpağının övladı olaraq qələmə veririk. Bizi 10 milyon əhali edən də məhz Azərbaycanlı anlayışıdır.

Bu məsələ barədə Millikimlik araşdırmalara qrupu belə bir yazı yazmışdır.

“Tarix nöqteyi-nəzərindən “azərbaycanlı” anlayışı Azərbaycanın bütün yerli sakinlərinə (Şimallı və Cənublu), lakin bugünkü zaman(ümumiyyətlə XX-XXI əsrlər) baxımından Azərbaycan Respublikasının (Azərbaycan SSR, AXC) bütün vətəndaşlarına aid edilir.

Xüsusən də azərbaycanlı anlayışı bir etnik qrup deyil, millət olduğu üçün kollektiv anlayışdır.

Azərbaycan xalqı və milləti öz növbəsində aşağıdakı etnik qruplardan ibarətdir: Azərbaycan türkləri, tatlar, talışlar, kürdlər, ləzgilər, udinlər, avarlar, saxurlar, tatarlar, yahudilər, rus duxoborları və ya molokanlar və s. Bu “millət” və “xalq” anlayışının bu cür təfsiri müasir elmdə standart və yeganə doğru yoludur.”

Azərbaycanlı anlayışının tarixiliyinə dair bir başqa dəlil isə qədmi fəlsəfə alimlərimizin nisbəsinin əl-Azərbaycani (Azərbaycanlı) olmasıdır. Bunlara misal olaraq 993-1067- ci illərdə yaşamış filosof alim Əbülhəsən Bəhmənyar Əl-Azərbaycanini misal vermək olar.

Закир Мамедов. Азербайджанские философы и мыслители средневековья. Баку, 1993

Ondan əlavə 1115-ci ildə vəfat etmiş nasir və şairimiz Əbu Yə’la Muhəmməd əl-Azərbaycani, habelə, islam filosofu 1010-cu ildə vəfat etmiş Əbu Abdullah Nafi’ ibn Əli ibn Yəhya əs-Səravi əl-Azərbaycani ni misal vermək olar.

Mənbələr : Millikimlik araşdırmalar qrupu

Əl-Qeybət kitabı səhifə 194

Закир Мамедов. Азербайджанские философы и мыслители средневековья. Баку, 1993

Qətran Təbrizinin divanı

İsgəndər bə Münşi tarixe-aləmaraye Abbasi

İnternet resursu:

İslamquest.net

Millikimlik.az
TEREF.AZ












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.