Batin alimi yazır: Kitabi Dədə Qorqudun sirləri - 4

24-01-2022, 08:58           
Batin alimi yazır: Kitabi Dədə Qorqudun sirləri - 4
Əvvəli
1. Kitabi Dədə Qorqudun sirləri - 1
https://teref.az/kose/220797-batin-alimi-yazir.html
2. Kitabi Dədə Qorqudun sirləri - 2
https://teref.az/kose/221813-batin-alimi-yazir.html
3. Kitabi Dədə Qorqudun sirləri - 3
https://teref.az/kose/222458-batin-alimi-yazir-kitabi-dede-qorqudun-sirleri-3.html

Kitabi Dədə Qorquddakı sirli rəmzlərdən biri də "çadır" rəmzidir. Bu kitabda çadır – “doqsan başlı ban evi”, “ağ ban ev”, “ağ otaq”, “qızıl başlı ala çadır” və s. adlandırılır. Bu ağ ban evli, ağ otaqlı çadır həm qara yerin üzərinə və həm də gög ala (görkli) çəmənə otaq kimi tikdirilmişdir. O - “Atlasda yapılanda göy sayvanlı” çadır adlandırılır ki, Alar sabah sapa yerdə qurulmuşdur. Bu kitabda bildirilir ki, Allahdan “bir şey” qazanmaq üçün, çadır qurub qurban mərasimi keçirmək, atdan-ayğırdan, dəvədən-buğra, qoyundan-qoç öldürüb, təpə kimi ət yığıb, ulu toy etmək lazımdır. Qurban mərasimi Oğuznamədə də nəzərə çatdırılır. Burada qeyd olunur ki, öz yurduna sağ-salamat qayıtması ilə əlaqədar Oğuz, bayram üçün 90 min qoyun, 900 min dayça qırdırır və pir edib qızıl ev, çadır ucaldır.
Qurbanların çadırla əlaqələndirilməsi Tövratda Musa peyğəmbərə aid edilir. Tövrata görə, Musa peyğəmbər İlahi oddan, yəni ilkin materiyadan göydə cadır qurmuşdur. Allahın sakin (Skiniya rəmzi) olduğu bu “Vəhy çadırı” Musa peyğəmbər tərəfindən “qalmaq” üçün yaradılmışdır. Bu çadırın qurulduğu gün mistik bulud vəhy çadırını bürümüş və axşamdan səhərə qədər çadırın üstündə od kimi görünmüşdü. Yəhudilərin səhrada dolaşdığı zaman Allah onların qarşısında - gündüz bulud sütunu formasında, gecə isə odlu sütun formasında gedirmiş. Musa peyğəmbər “Vəhy çadırı”na girəndə bulud sütunu “Vəhy çadırı”nın qapısında dayanır və Allah Musa peyğəmbərlə danışırmış. Bu od, göydən Skiniyanın (Sakin), yəni “Vəhy çadırı”nın təsdiq edilməsi zamanı Allahın əmri ilə enmiş və heç vaxt da sönməməlidir. Qurbangahda möcüzəvi surətdə yanmağa başlamış bu müqəddəs od həmişə qorunur. Belə ki, burada daimi qurbanlar kəsilir və ora həmişə təzə qan tökülür ki, bu qurbanın tüstüsü göyə qalxırdı. Deməli, qədim mənbələrdəki çadır - qurban ruhlarından göydə çadır formasında yaradılmış ruhlar dünyasının rəmzidir.
Mətnlərdə, qurban vasitəsi ilə İlahi oddan, yəni ilkin materiyadan göydə cadır yaratmış Musa peyğəmbərin obrazı Oğuz xaqanın obrazının bənzəridir. "İlahi odla vəhdətdə olan ruh" mənasını verən Musa (MS) rəmzi batini məntiqdə "səma" (SM) rəmzi ilə eyni fikri bildirir. Oğuz xaqan haqqında rəvayətlərdə Musa rəmzi Muz dağı kimi keçir ki, Oğuz xaqan bu dağda çadır qurmuşdur. Sübhə yaxın Oğuzun çadırına günəş kimi işıq düşür və bu işığın içindən göy tüklü erkək qurd çıxıb, Oğuzun qarşısında gedərək ona yol göstərir. Oğuz xaqan eposunda deyilir: “Qoy Günəş bizim bayrağımız, Göy isə çadırımız olsun”. Belə çıxır ki, Oğuz dastanında da söhbət, qurbanlar vasitəsi ilə yaradılmış və göy çadırı kimi təsəvvür olunan ruhlar dünyasının yaradılmasından gedir.
Çadır rəmzinə ilk dəfə qədim Misir yazılarında rast gəlinir və burada Allahın çadırından danışılır. Mütəxəssislər bunu Allahın məbədindəki həyəti kimi də qeyd etmişlər ki, Allah bilavasitə bu çadırda mövcuddur. Tövrata görə də Allah deyir ki, "Mən İsrail xalqı arasında yaşayacağam və onların Allahı olacağam".
İsrail (İzrail) rəmzi batini mənada Asar-El, yəni Azər Eli deməkdir və mən - "Qurandakı İsrail oğulları - Azəri bəgləridir" adlı məqaləmdə bu haqda izah vermişəm. Bu o deməkdir ki, əvvəla Allah elə - göylərlə bağlı olan Oğuz xanın müqəddəs adıdır. İkincisi, Oğuz bəglərinin Allahı onların arasında - Oğuz elinin göylərində yaradılmış çadırda yaşayır. Kitabi Dədə Qorqudda bu çadır - Taş Oğuzun içində yaradılmış İç Oğuz eli kimi də qeyd olunur. Mən bu İç Oğuz elinin - qədim Assur (Asar/Osiris) ölkəsi ilə eyni mənalı olması haqqında yazmışam (Məqalə: "Assuriya qədim Azərbaycan ölkəsidir", sayt:
https://gilarbeg.wordpress.com/2021/06/14/assuriya-qədim-azərbaycan-olkəsidir/). Buradan isə belə nəticə çıxarmaq olar ki, Rəhman Allahın obrazı olan Oğuz xaqan - Azərbaycan göylərindəki cadırda Azər oğulları arasında yaşayır. Qədim mənbələrdə Kitabi Dədə Qorquddakı Ağ Ban çadırı - Aq-van və ya El-ban, yəni Alban kimi keçir. Qədim Misir yazılarında Ban/Van və ya Ba/Va rəmzləri - firon/pir Amonun (Kitabi Dədə Qorquddakı Bəkdüz Əmən) kamilləşib ölümsüz ruha çevrilməsi deməkdir. Başqa sözlə, Albaniya - göydəki Ba/Ban ruhlarının müqəddəs Elidir.

Firudin Gilar Bəg
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.