Adəmin axtarışında 2 insanlığın törəyişi:
9-02-2022, 00:07
Adəmin axtarışında 2 insanlığın törəyişi:
Tanrıverdi Əliyev yazır...
Y xromosomlu Genetic Adam nəzəriyyəsinə görə insanlığın bir kişi və bir qadından törədiyini qeyd etmişdik. Bəs insanlıq Adəmdən sonra necə çoxaldı?! Xalqlar necə parçalandı?! Bu tip sualların cavabını bu yazımızda qeyd edəcəyik.
Monoteizmdə(Təkallahlılıqda) Adəmin Habil, Qabil və Şeys adında övladlarının olduğu qeyd edilir. Fikrimizcə, bu 3 övladın həyat yoldaşları da əvvəlki insanlardan ola bilər. Bəzi islam alimlərinin fikrincə, ənənəvi iddia olan bacı-qardaş evliliyi(bu fikri İmam Cəfər Sadiq əleyhissalam inkar edir), bəzilərinin fikrincə isə bu övladlarmcənnət huriləri (və ya cinlə) ilə evlənmişdirlər. Bu fikirlərin hansının doğru və ya səhv olmasının bəhsimizə aidiyyatı yoxdur. Qeyd etdiymiz kimi Genologiya elminə görə müasir insanlıq bir kişi və bir qadından (təq... 350,300 min il öncə Afrikada) törəmişdir. Bu törəyişdən sonra genlər, habelə haploqruplar yaranmağa başlamışdır. Fikrimizcə, müasir insanlığın ata-babaları Dəclə və Fərat çayı ərazisində(Mesopotamiyada) tayfa formasında qarışıq halda yaşamışdırlar. Genlərin və haploqrupların yaranmasına gəldikdə isə insanlarının yaşadıqları mühit, yedikləri qida, habelə evləndikləri insanlar genlərin formalaşmasına təsir etmişdir. Buna misal olaraq Afrika iqlimində yaşayan bir fərdin(zəncinin) , Avropa iqlimində yaşayan fərddən(avropoiddən) irqi cəhətdən fərqli olmasını nümunə göstərmək olar. İstifadə etdikləri qidanın təsirinə isə belə bir nümunə çəkmək olar. Əgər iki fərqli insan biri donuz biri qoyun əti ilə qidalanırsa, donuz əti yeyən insanın geni digər insana nisbətən fərqli olacaqdır. Çünki, donuz ətinin tərkib hissəsində insanın genetikasına bilvasitə təsir edən prostaqlandinlərdən olan araxidon turşusunun faizi çoxdur. Genetikaya təsir edən bir digər amil də evlilikdir. Belə ki, insanın eyni tayfadan(və ya qohumdan) evləndiyi bir fərd, onun doğulan övladının DNT-sinə təsir edir. Ginekologiya elmində bu hadisəyə ensist məsələsi deyilir. Qədim Misir tarixindən maraqlı nümunə verək. Yeni dövr padşahlığın hökmdarı Tutanxamonun atası Exnaton Nifertita xanımla evlənməzdən öncə anası Tiyanın təkidi ilə öz bacısı ilə evlənmiş, bununla da Tutanxamon xəstə və Hermafrodit(iki cinsli) olaraq dünyaya gəlmişdir.
Ümumilikdə bir çox amil neçə min ilə insanlığın genetikasını formalaşdırmışdır. Ən qədim haploqrup A00 haploqrupudur. Qeyd etmək lazımdır ki, haploqruplar sırf hər hansısa milliyyətə məxsus deyil. Çünki, bir millətin daxilində bir neçə haploqrup vardır. Buna misal olaraq ispan xalqını nümunə çəkmək olar. Bu barədə “Xalis milliyyət varmı” yazımızda qeyd etmişik. Əlavə məlumat olaraq qeyd edək ki, İlkin insan tayfaları fikrimizcə, Mesopotamiya ərazisində olmuşdur. Və həmin ərazidən insanlar təxminən 35-40 min il öncə parçalanmağa(köç etməyə) başlamışdırlar. Bu fikir “türklərin e.ə VII minillikdə Altay dağlarından köçməsini” iddia edən Altay nəzəriyyəsini inkar edir.
Haşiyə:
Dillərin yaranmasına dair linqvistika elmində hal-hazırda qüvvədə olan Nostratik dil nəzəriyyəsi daha məntiqə uyğundur. Belə ki, bu nəzəriyyə bütün dillərin vahid Aqqlütinativ dildən törədiyi fikrini müdafiə edir. Tarixçi Araz Şəhrilinin fikrincə, həmin o dil şərti olaraq türk dili ola bilər.
Daha sonra isə xalqların köçü və bir yerdə məskunlaşması ilə dillər inkişaf etmiş və dil ailələri yaranmışdır.
Monoteizm və mifologiyaya görə insanlığın yaranması:
XIX əsrdə Avropada iki alman alim Yakov və Vilhelm qrim qardaşları elmdə inqlab olan Mifologiya məktəbinin əsasını qoymuşdurlar. Lakin, bu məktəbin ən böyük xətası hər məfhumu miflərə bağlamaq idi. İnsanlığın yaranışına dair ən böyük mif iudaizm(Tövrat) mifləridir. Belə ki, Tövrata görə Adəmin 3 övladı(Habil, Qabil və Şeys) olmuş, insaniyyət Qabil və Şeysin nəslindən törəmişdirlər. Bu fikir Y xromosomlu Genetic Adam nəzəriyyəsi və İslam dini ilə hardasa eynilik təşkil edir. Monoteizmə görə Nuh peyğəmbər Şeysin nəvələrindən hesab olunur. Qədim Şumer və yəhudi miflərinə görə Yer kürəsində böyük tufan olmuş, insanlar məhv olmuşdur. Və insanlıq yenidən Nuhun övladlarından(Ham, Sam və Yafət) törəmişdir. Qeyd etmək lazımdır ki, tarixçi Corc Smitin fikrincə həmin o tufan dəclə və fərat çayları arasında olmuşdur.
Haşiyə : Monoteist(təkallahlı) dinlərin Qədim Şumer bütpərəstlik dinlərinə, habelə müqəddəs kitabların qədim Şumer dastanlarına bənzəmələrinin səbəbi səmavi dinlərin Şumer dinlərindən kopyalanması demək deyil. Əksinə Şumer dinlərinin və miflərinin özəyi Nuh peyğəmbərin gətirdiyi dindəndir. Belə ki, Nuhun Elam və Aşşur adlı nəvələri öz soylarına Nuhun dinini təbliğ etmiş, əfsuslar olsun ki, sonradan Nuhun dini təhrif olunaraq bütpərəstliyə çevirilmişdir. Həmin o, bütpərəstlik adətlərində Nuh peyğəmbərin dininin təsiri vardır.
Qeyd : Nuhun dini təhrif olunduqdan sonra Allah İbrahim ilə yenidən din göndərmişdir. Monoteizmə görə səmavi dinlər məzhəblərə bölünüb, təhrif olunduqdan sonra Allah yenidən din və peyğəmbər göndərir. Maraqlı fakt da qeyd edək ki, baxmayaraq ki, İslam dini də 73 firqəyə bölünüb, Tanrı yenidən din göndərmir. Çünki, həmin o 73 məzhəbdən 1-i əsl İslam dinidir.
İudaizm miflərində ərəblərin və yəhudilərin Samın nəslindən gəldikləri qənaətinə gəlinir. Genetika elmi də həmçinin yəhudi və ərəb millətlərinin genlərinin 99% eyni olmasını qeyd edir. Monoteizmə görə ərəblər İbrahim peyğəmbərin atası Terahın və qardaşlarının digər övladlarından, yəhudilər isə
İbrahim peyğəmbərin nəvəsi Yaqub peyğəmbərin 12 oğlunun nəslindəndir. Məhəmməd peyğəmbər (s.ə.s) və Qureyşilər isə İsmayıl ibn İbrahim peyğəmbərin nəvələrindəndir.
Haşiyə : Yəhudilər əslində Yaqub peyğəmbərin övladı Yəhudanın soyundan gələnlər hesab olunur. Lakin, Yəhudanın soyunun nüfuzu böyük olduğu üçün digər 11 övladın soyuna da yəhudilər adı ilə xitab edilir. Qurani-Kərimdə isə onlara israiloğulları(Yaqubun övladları) deyə müraciət edilir.
Yafətin nəsli:
Mifologiyaya görə Yafətin Cavan adlı oğlunum Türk adında oğlu olmuş və türklər ondan törəmişdir. Məhz əfsanəvi Oğuz xan da Türkün təqribən 35-ci nəvəsi hesab olunur. Oğuznamələrə və türk mifologiyasına görə fikrimizcə, Mete xanın digərləri adı Oğuz olmuşdur. Həmçinin, tarixçilər də qeyd edir ki, əfsanəvi Oğuzun atası Qara xan da Metenin atası Teoman tanhudur. Türk miflərinə görə Oğuzun(Metenin) 24 nəvəsi olmuş və türk boyları 24 soydan yaranmışdır. Lakin, qeyd etdiyimiz kimi bu fikirlər mifik xarakter daşıyır. Mif əsatir, əfsanə mənasına gəlir. Türkiyəli tarixçi alim Tufan Gündüz qeyd edir ki, “Bir mif tarixşünaslıqda ikinci tip sənəd olaraq qəbul edilir”.
Əlavə məlumat olaraq qeyd edək ki, ispan ensiklopedik araşdırmaçısı Sevilyalı İsidor Miflərə görə Hamın nəsli afrikalılardan , Samın nəsli ərəblər, yəhudilər və.s semit xalqlarından, Yafətin soyu isə türklər, monqollar, çinlilər və avropalılardan hesab edir.
Azərbaycan ərazisində türklərin məskunlaşması Altay nəzəriyyəsinə görə e.ə VII minillikdə olmamışdır. Əksinə indiki Azərbaycanın cənub hissəsində Şumerlərlə yanaşı Azəri xalqı yaşayırdı. Qeyd etmək lazımdır ki, Azərilərin farsəsilli olmasına dair heç bir tarixi fakt yoxdur. Çünki, sözügedən xalqın istifadə etdiyi dil şərti olaraq qəbul edilən əski türk dili idi. Qeyd etmək lazımdır ki, qədim xalqların hal-hazırda hansı millətə məxsus olduğunu istifadə etdikləri dildən müəyyən edə bilirik. Genlər xaotik(qarışıq) olduğu üçün genetik olaraq tarixşünaslıqda tutarlı fakt yoxdur.
Qeyd: Türk boylarının Azərbaycanda yayılma arealı belədir
Əfşarlar:Gəncə-Qazax zonası,Qarabağ bölgəsi və Zəngəzur
Ayrımlı: Gəncə-Qazax bölgəsi və Gədəbəy- Daşkəsən zonası
Bayat: Mərkəzi aran və Muğam-Mil düzü
Bəydili: Naxçıvan M.R,Yevlax,Ağdaş,Bərdə,Salyan və Neftçala
Zaqafqaziya ərazisinin qədim xalqlarına biz Azərbaycan türklərini, ləzgiləri, talışları eləcə də tatları misal verə bilərik.
Adəmin axtarışında 2 insanlığın törəyişi:
Tanrıverdi Əliyev yazır...
Y xromosomlu Genetic Adam nəzəriyyəsinə görə insanlığın bir kişi və bir qadından törədiyini qeyd etmişdik. Bəs insanlıq Adəmdən sonra necə çoxaldı?! Xalqlar necə parçalandı?! Bu tip sualların cavabını bu yazımızda qeyd edəcəyik.
Monoteizmdə(Təkallahlılıqda) Adəmin Habil, Qabil və Şeys adında övladlarının olduğu qeyd edilir. Fikrimizcə, bu 3 övladın həyat yoldaşları da əvvəlki insanlardan ola bilər. Bəzi islam alimlərinin fikrincə, ənənəvi iddia olan bacı-qardaş evliliyi(bu fikri İmam Cəfər Sadiq əleyhissalam inkar edir), bəzilərinin fikrincə isə bu övladlarmcənnət huriləri (və ya cinlə) ilə evlənmişdirlər. Bu fikirlərin hansının doğru və ya səhv olmasının bəhsimizə aidiyyatı yoxdur. Qeyd etdiymiz kimi Genologiya elminə görə müasir insanlıq bir kişi və bir qadından (təq... 350,300 min il öncə Afrikada) törəmişdir. Bu törəyişdən sonra genlər, habelə haploqruplar yaranmağa başlamışdır. Fikrimizcə, müasir insanlığın ata-babaları Dəclə və Fərat çayı ərazisində(Mesopotamiyada) tayfa formasında qarışıq halda yaşamışdırlar. Genlərin və haploqrupların yaranmasına gəldikdə isə insanlarının yaşadıqları mühit, yedikləri qida, habelə evləndikləri insanlar genlərin formalaşmasına təsir etmişdir. Buna misal olaraq Afrika iqlimində yaşayan bir fərdin(zəncinin) , Avropa iqlimində yaşayan fərddən(avropoiddən) irqi cəhətdən fərqli olmasını nümunə göstərmək olar. İstifadə etdikləri qidanın təsirinə isə belə bir nümunə çəkmək olar. Əgər iki fərqli insan biri donuz biri qoyun əti ilə qidalanırsa, donuz əti yeyən insanın geni digər insana nisbətən fərqli olacaqdır. Çünki, donuz ətinin tərkib hissəsində insanın
genetikasına bilvasitə təsir edən prostaqlandinlərdən olan araxidon turşusunun faizi çoxdur. Genetikaya təsir edən bir digər amil də evlilikdir. Belə ki, insanın eyni tayfadan(və ya qohumdan) evləndiyi bir fərd, onun doğulan övladının DNT-sinə təsir edir. Ginekologiya elmində bu hadisəyə ensist məsələsi deyilir. Qədim Misir tarixindən maraqlı nümunə verək. Yeni dövr padşahlığın hökmdarı Tutanxamonun atası Exnaton Nifertita xanımla evlənməzdən öncə anası Tiyanın təkidi ilə öz bacısı ilə evlənmiş, bununla da Tutanxamon xəstə və Hermafrodit(iki cinsli) olaraq dünyaya gəlmişdir.
Ümumilikdə bir çox amil neçə min ilə insanlığın genetikasını formalaşdırmışdır. Ən qədim haploqrup A00 haploqrupudur. Qeyd etmək lazımdır ki, haploqruplar sırf hər hansısa milliyyətə məxsus deyil. Çünki, bir millətin daxilində bir neçə haploqrup vardır. Buna misal olaraq ispan xalqını nümunə çəkmək olar. Bu barədə “Xalis milliyyət varmı” yazımızda qeyd etmişik. Əlavə məlumat olaraq qeyd edək ki, İlkin insan tayfaları fikrimizcə, Mesopotamiya ərazisində olmuşdur. Və həmin ərazidən insanlar təxminən 35-40 min il öncə parçalanmağa(köç etməyə) başlamışdırlar. Bu fikir “türklərin e.ə VII minillikdə Altay dağlarından köçməsini” iddia edən Altay nəzəriyyəsini inkar edir.
Haşiyə:
Dillərin yaranmasına dair linqvistika elmində hal-hazırda qüvvədə olan Nostratik dil nəzəriyyəsi daha məntiqə uyğundur. Belə ki, bu nəzəriyyə bütün dillərin vahid Aqqlütinativ dildən törədiyi fikrini müdafiə edir. Tarixçi Araz Şəhrilinin fikrincə, həmin o dil şərti olaraq türk dili ola bilər.
Daha sonra isə xalqların köçü və bir yerdə məskunlaşması ilə dillər inkişaf etmiş və dil ailələri yaranmışdır.
Monoteizm və mifologiyaya görə insanlığın yaranması:
XIX əsrdə Avropada iki alman alim Yakov və Vilhelm qrim qardaşları elmdə inqlab olan Mifologiya məktəbinin əsasını qoymuşdurlar. Lakin, bu məktəbin ən böyük xətası hər məfhumu miflərə bağlamaq idi. İnsanlığın yaranışına dair ən böyük mif iudaizm(Tövrat) mifləridir. Belə ki, Tövrata görə Adəmin 3 övladı(Habil, Qabil və Şeys) olmuş, insaniyyət Qabil və Şeysin nəslindən törəmişdirlər. Bu fikir Y xromosomlu Genetic Adam nəzəriyyəsi və İslam dini ilə hardasa eynilik təşkil edir. Monoteizmə görə Nuh peyğəmbər Şeysin nəvələrindən hesab olunur. Qədim Şumer və yəhudi miflərinə görə Yer kürəsində böyük tufan olmuş, insanlar məhv olmuşdur. Və insanlıq yenidən Nuhun övladlarından(Ham, Sam və Yafət) törəmişdir. Qeyd etmək lazımdır ki, tarixçi Corc Smitin fikrincə həmin o tufan dəclə və fərat çayları arasında olmuşdur.
Haşiyə : Monoteist(təkallahlı) dinlərin Qədim Şumer bütpərəstlik dinlərinə, habelə müqəddəs kitabların qədim Şumer dastanlarına bənzəmələrinin səbəbi səmavi dinlərin Şumer dinlərindən kopyalanması demək deyil. Əksinə Şumer dinlərinin və miflərinin özəyi Nuh peyğəmbərin gətirdiyi
dindəndir. Belə ki, Nuhun Elam və Aşşur adlı nəvələri öz soylarına Nuhun dinini təbliğ etmiş, əfsuslar olsun ki, sonradan Nuhun dini təhrif olunaraq bütpərəstliyə çevirilmişdir. Həmin o, bütpərəstlik adətlərində Nuh peyğəmbərin dininin təsiri vardır.
Qeyd : Nuhun dini təhrif olunduqdan sonra Allah İbrahim ilə yenidən din göndərmişdir. Monoteizmə görə səmavi dinlər məzhəblərə bölünüb, təhrif olunduqdan sonra Allah yenidən din və peyğəmbər göndərir. Maraqlı fakt da qeyd edək ki, baxmayaraq ki, İslam dini də 73 firqəyə bölünüb, Tanrı yenidən din göndərmir. Çünki, həmin o 73 məzhəbdən 1-i əsl İslam dinidir.
İudaizm miflərində ərəblərin və yəhudilərin Samın nəslindən gəldikləri qənaətinə gəlinir. Genetika elmi də həmçinin yəhudi və ərəb millətlərinin genlərinin 99% eyni olmasını qeyd edir. Monoteizmə görə ərəblər İbrahim peyğəmbərin atası Terahın və qardaşlarının digər övladlarından, yəhudilər isə İbrahim peyğəmbərin nəvəsi Yaqub peyğəmbərin 12 oğlunun nəslindəndir. Məhəmməd peyğəmbər (s.ə.s) və Qureyşilər isə İsmayıl ibn İbrahim peyğəmbərin nəvələrindəndir.
Haşiyə : Yəhudilər əslində Yaqub peyğəmbərin övladı Yəhudanın soyundan gələnlər hesab olunur. Lakin, Yəhudanın soyunun nüfuzu böyük olduğu üçün digər 11 övladın soyuna da yəhudilər adı ilə xitab edilir. Qurani-Kərimdə isə onlara israiloğulları(Yaqubun övladları) deyə müraciət edilir.
Yafətin nəsli:
Mifologiyaya görə Yafətin Cavan adlı oğlunum Türk adında oğlu olmuş və türklər ondan törəmişdir. Məhz əfsanəvi Oğuz xan da Türkün təqribən 35-ci nəvəsi hesab olunur. Oğuznamələrə və türk mifologiyasına görə fikrimizcə, Mete xanın digərləri adı Oğuz olmuşdur. Həmçinin, tarixçilər də qeyd edir ki, əfsanəvi Oğuzun atası Qara xan da Metenin atası Teoman tanhudur. Türk miflərinə görə Oğuzun(Metenin) 24 nəvəsi olmuş və türk boyları 24 soydan yaranmışdır. Lakin, qeyd etdiyimiz kimi bu fikirlər mifik xarakter daşıyır. Mif əsatir, əfsanə mənasına gəlir. Türkiyəli tarixçi alim Tufan Gündüz qeyd edir ki, “Bir mif tarixşünaslıqda ikinci tip sənəd olaraq qəbul edilir”.
Əlavə məlumat olaraq qeyd edək ki, ispan ensiklopedik araşdırmaçısı Sevilyalı İsidor Miflərə görə Hamın nəsli afrikalılardan , Samın nəsli ərəblər, yəhudilər və.s semit xalqlarından, Yafətin soyu isə türklər, monqollar, çinlilər və avropalılardan hesab edir.
Azərbaycan ərazisində türklərin məskunlaşması Altay nəzəriyyəsinə görə e.ə VII minillikdə olmamışdır. Əksinə indiki Azərbaycanın cənub hissəsində Şumerlərlə yanaşı Azəri xalqı yaşayırdı. Qeyd etmək lazımdır ki, Azərilərin farsəsilli olmasına dair heç bir tarixi fakt yoxdur. Çünki, sözügedən xalqın istifadə etdiyi dil şərti olaraq qəbul edilən əski türk dili idi. Qeyd etmək lazımdır ki, qədim
xalqların hal-hazırda hansı millətə məxsus olduğunu istifadə etdikləri dildən müəyyən edə bilirik. Genlər xaotik(qarışıq) olduğu üçün genetik olaraq tarixşünaslıqda tutarlı fakt yoxdur.

Teref.az