"Oğurlanmış" Nobel Mükafatı
13-01-2024, 18:04
Rosalind Franklinin həyat hekayəsi faciədən ibarətdir.
Bu qadın təbabətin axarını dəyişdirəcək kəşf edir, şan-şöhrət isə başqalarına nəsib olur.
DNT-ni kəşf edən görkəmli ingilis biofizik, rentgenoqraf olub Rosalind Franklin (1920-1958).
Onun elmi uğurları başqaları tərəfindən oğurlanıb…
1953-cü ildə alimlər Ceyms Uotson və Frensis Krik mühüm elmi kəşf etdilər.
Onlar DNT-nin quruluşunu yaratdılar və bu, genetik kodu deşifrə etməyə imkan verdi.
1962-ci ildə onlar Moris Uilkinslə birgə DNT formulunun qoşa spiral şəklində olduğunu sübut etdilər.
Hər üçü də Nobel mükafatına layiq görüldülər.
Halbuki Nobeli bu kəşfi ilk edən Rosalind Franklin almalı idi.
Təəssüf ki, bu bəxtsiz qadın 37 yaşında xərçəngdən vəfat etdi.
Dörd il sonra isə Nobel mükafatı C.Uotson, F.Krik və M.Uilkinsə verildi.
Nobel mükafatı nadir mükafatlardandır ki, Nizamnaməyə görə ölümündən sonra verilmir.
Dünyanın bu prestijli mükafatına ancaq həyatda olan alimlər layiq görülürlər.
İbrahim Nebioğlu
Teref: Xocanın Blogu